Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-449/2025 11.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 1954413/150 saylı, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 1954414/151 saylı və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən İXMnin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə YPX əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobili sürərək həmin yerdən uzaqlaşmışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə YPX-nin əməkdaşları ona qanun pozuntusunu izah edərkən uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 16:30-da “Lada Priora” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.9 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Adil Mənəfov raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Salyan rayonunun Arbatan kəndində YPX-nin **-YP-*** nömrəli maşını ilə 4 saylı marşrutda YPXnin inspektoru polis baş serjantı Mirhadı Nəzirli ilə birlikdə xidmətdə olarkən, “Lada” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nömrə nişanının yerinə “Həsən Arbatanlı” sözləri yazılmışdır. Avtomobilə saxla işarəsi vermiş, lakin avtomobilin sürücüsü ona məhəl qoymayaraq sürüb getmişdir. Sonra isə Arbatan kəndində avtomobili saxlanılmış vəziyyətdə görüb həmin avtomobilə yaxınlaşdıqda sürücünün olmadığını görmüş, lakin sürücü onları görüb öz avtomobilinə yaxınlaşmış, özlərini təqdim edib etdiyi əməlin qayda pozuntusu olması barədə hüquqi izahlar verib nizam-intizama dəvət edib sakit və təmkinli olmasını, xuliqanlıq hərəkətlərinin dayandırmasını tələb etdikdə isə o, ucadan ünvansız söyüşlər söyərək avtomobildən bıçaq götürmüş və əlində olan şüşə parçası ilə özünə xəsarət yetirəcəyini bildirərək avtomobilə əyləşib onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ziqzaqvari hərəkətlər edərək sürüb həmin yerdən uzaqlaşmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü qismən təqsirli bilmiş, bildirmişdir ki, o, özünə məxsus olan “Lada” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin nömrə yerinə “Həsən Arbatanlı” nişanlı yazısı yazılmışdır. Bunu etməkdə məqsədi şəkil çəkdirmək olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin abtomobili Salyan rayon Arbatan kəndində saxlamış, saat təxminən 16 radələrində o, görmüşdür ki, qayı işçiləri onun avtomobilinin yanına yaxınlaşmışlar və o polis əməkdaşlarına yaxınlaşaraq nə məsələ olduğunu soruşmuşdur. Həmin polis əməkdaşları özlərini təqdim edərək avtomobilin nömrə yerini bağlamağın qanuni pozuntusu olduğunu bildirmişlər. O da həmin avtomobilin hərəkətsiz olduğunu və bunun qanuni pozuntusu olmadığını bildirmişdir. Həmin vaxt polis əməkdaşı yenidən ona qanun pozuntusu barədə izahat vermiş, lakin o, əsəbi olduğu üçün onların bu tələblərinə tabe olmamışdır. Həmin vaxtı onun əlində bıçaq olmamışdır. Müharibə veteranı iştirakçısı olduğundan əsəbi olmuş, dərmanlarını qəbul etməmişdir. Bu səbəbdən polislərlə arasında mübahisə olmuşdur. Odur ki, barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Salyan rayonunun Arbatan kəndində YPX-nin **-YP-*** nömrəli maşını ilə 4 saylı marşrutda YPX-nin inspektoru polis baş serjantı Mirhadı Nəzirli ilə birlikdə xidmətdə olarkən, “Lada” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nömrə nişanının yerinə “Həsən Arbatanlı” sözləri yazılmışdır. Avtomobilə saxla işarəsi vermiş, lakin avtomobilin sürücüsü ona məhəl qoymayaraq sürüb getmişdir. Sonra isə Arbatan kəndində avtomobili saxlanılmış vəziyyətdə görüb həmin avtomobilə yaxınlaşdıqda sürücünün olmadığını görmüş, lakin sürücü onları görüb öz avtomobilinə yaxınlaşmış, özlərini təqdim edib etdiyi əməlin qayda pozuntusu olması barədə hüquqi izahlar verib nizam-intizama dəvət edib sakit və təmkinli olmasını, xuliqanlıq hərəkətlərinin dayandırmasını tələb etdikdə isə o, ucadan ünvansız söyüşlər söyərək avtomobildən bıçaq götürmüş və əlində olan şüşə parçası ilə özünə xəsarət yetirəcəyini bildirərək avtomobilə əyləşib onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ziqzaqvari hərəkətlər edərək sürüb həmin yerdən uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, Şəxs dəfələrlə polisin qanuni tələblərinə tabe olmamış, barəsində hər hansı tədbir görülməli olduqda isə hay-küy salaraq özünə xəsarət yetirəcəyini bildirmiş və bu hal artıq mütəmadi hal almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, Mirhadı Nəzirli ilə Adil Mənəfov xidmətdə olarkən baş vermiş hadisə ilə bağlı onu köməyə çağırmışlar. O da xidməti vəzifəsini yerinə yetirmək üçün hadisə yerinə getmişdir. O, gedərkən görmüşdür ki, Arbatan kəndində polis əməkdaşları sürücüyə, yəni Şəxs özlərini təqdim edib etdiyi əməlin qayda pozuntusu olması barədə hüquqi izahlar verib nizam-intizama dəvət edib sakit və təmkinli olmasını, xuliqanlıq hərəkətlərinin dayandırmasını tələb etsələr də, o, ucadan ünvansız söyüşlər söyərək avtomobildən bıçaq götürmüş və əlində olan şüşə parçası ilə özünə xəsarət yetirəcəyini bildirərək avtomobilə əyləşib onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ziqzaqvari hərəkətlər edərək sürüb həmin yerdən uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, Şəxs dəfələrlə polisin qanuni tələblərinə tabe olmamış, barəsində hər hansı tədbir görülməli olduqda isə hay-küy salaraq özünə xəsarət yetirəcəyini bildirmiş və bu hal artıq mütəmadi hal almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Adil İftixar oğlu ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 11 aprel 2025-ci il tarixli, MN 1954413/150 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə YPX əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobili sürərək həmin yerdən uzaqlaşmışdır. 11 aprel 2025-ci il tarixli, MN 1954414/151 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə YPX əməkdaşları ona qanun pozuntusunu izah edərkən uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. xx.xx.2025-il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:30-da “Lada Priora” minik markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.9 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Arbatan kəndində “Lada Priora” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmaqla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. 11 aprel 2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 511.1.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə, həmçinin, onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs bundan əvvəl də İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və barəsində inzibati həbs tətbiq olunmuşdur. Lakin, buna baxmayaraq, o, öz əməlindən nəticə çıxarmamış və yenidən eyni qəbildən olan inzibati xətaları törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun barəsində məhz inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 aprel 2025-ci il tarixdən, saat 18:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-449/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-449/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver