Məhkəmə qərarları › İş №3(057)-450/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-450/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-450/2025 14.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu və onun müdafiəçisi vəkil X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 14 aprel 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 19544417/156 nömrəli, 13 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Nizami küçəsində ucadan nalayiq söyüşlər söymüşdür. İnzibati xəta haqqında MN seriyalı 1954418/157 nömrəli, 13 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixində Salyan şəhəri, Nizami küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 13 aprel 2025-ci il tarixli, MN № 19544417/156 və MN № 1954418/157 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Protokolları müdafiə edərək, hər hansı bir qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 bildirmişdir ki, Nicat Abbasovun raportu icraatına daxil olmuşdur. Raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. İdarə etdiyi avtomobilin dövlət qeydiyyat nömrəsi olmadan idarə etdiyi üçün saxlanılmış, müəyyən olunmuşdur ki, onun sürücülük hüququ məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Ona avtomobilin yük yerində olan avtomobilin dövlət qeydiyyat nömrəsini avtomobilin üzərinə taxmaq təklif edildikdə o, avtomobilin radara düşməməsi üçün bununla razılaşmayaraq, nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmiş, polis şöbəsinin inzibati binasında həmin hərəkətləri davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Nəqliyyat vasitəsinin nömrəsi əzilmiş, həmin nömrəni açaraq ustaya aparmaq istəmişdir. Eyni zamanda avtomobilinin qabaq hissəsini boyatmaq istəmişdir. Nömrə sonuncu dəfə qar yağan zaman əzilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları saxlatdıran zaman avtomobili saxlamış, polisə qarşı heç bir hörmətsizlik etməmişdir. Onun kəmərindən tuturaq ona əl-qol altmışlar. Onu saxlayan kimi dərhal polis avtomobilinə yerləşdirmişlər. Törətdiyi əməldən peşmandır. Özünü avtomobili nömrəsiz idarə etdiyi üçün təqsirli bilir. Polis əməkdaşları və rəis heyyəti tərəfindən həmişə ona diqqət göstərilmişdir. Bir dəfə avtomobillə törətdiyi inzibati xətalara görə yaranmış 400 manat borcu polis şöbəsinin rəisi tərəfindən ödənmişdir. Bu vəziyyətə düşməsini qəti istəmir. İki övlad böyüdür. Bir daha bu cür hallara yol verməcəkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi vəkil X6 2 azyaşlı övladının olmasını, müharibə veteranı olmasını nəzərə alaraq, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı Nicat Abbasov izahatında bildirmişdir ki, Salyan şəhəri, Nizami küçəsində xidmətdə olan zaman sürücü nömrəsiz avtomobili idarə etdiyi üçün saxlatdırmışlar. Şəxs əvvəllərdə inzibati xətalar törətmişdir. Ona yaxınlaşaraq avtomobilinin nömrəsinin harada olduğunu soruşduqda, avtomobilin yük yerindən nömrəni çıxardaraq təqdim etmişdir. O, müharibə veteranı olduğunu bildirərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Onu kəmərindən tutaraq nəqliyyat vasitəsinə əyləşdirmişlər. Bu barədə Salyan RPŞ-nə raport təqdim edərək vermişdir. Bu barədə olan çəkilişi məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin DYPB-nin YPX-nin insppektoru, polis serjantı X5 izahatında bildirmişdir ki, xidmətdə olan zaman avtomobili nömrəsiz idarə etdiyi üçün Səbirağanı saxlamışlar. Nömrəsi əzildiyi üçün avtomobili nömrəsiz idarə etdiyini bildirmişdir. “Qazi və veteran” olduğunu deyərək onların qanuni tələblərinə tabe olmamışdır. Onu Salyan RPŞ-nə gətirdikdən sonra yenə də, nalayiq ifadələr işlətməyə davam etmişdir. O, avtomobilində 3000 manat pul olduğunu desə də, çəkilişlə avtomobilinə baxış keçirilən zaman oradan 9 manat pul aşkar olunmuşdur. Həmçinin məhkəmə iclasında Salyan RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı Nicat Abbasov tərəfindən təqdim olunmuş videogörüntüyə baxış keçirilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında AZA seriyalı 021495 nömrəli, 13 aprel 2025-ci il tarixli protokoldan” görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 008263 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir qiymətli əşya aşkar edilməmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, ünvan 1 ünvanında yaşayır. Yazı xətti pis olduğu üçün onun əvəzindən izahat yazılmasına etirazı yoxdur. Salyan RPŞdə onun barəsində tərtib olunmuş raportla tanış olmuş, bununla bağlı bildirir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Salyan şəhəri, Nizami küçəsində idarə etdiyi “Chevrolet” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Salyan RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları ona saxla işarəsi vermişlər, o, avtomobili saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, avtomobilinin qabaq nömrəsinin olmadığını, avtomobildə konstruksiya dəyişikliyi olduğunu, həmçinin bord kompyuter vasitəsi ilə onun sürücülük vəsiqəsinin olmadığını bildirərək, avtomobili RPŞ-nin müvəqqəti duracağına yerləşdirəcəklərini bildirdikdə o, avtomobilinin duracağa aparmasına icazə verməmiş, nömrəsini avtomobilə qısa müddət ərzində bağlayacağını bildirərək əsəbləşib ucadan ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu nizam intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, o əsəbi olduğundan davranışlarına nəzarət edə bilməyib öz hərəkətlərinə davam etmişdir. Avtomobili aparmağa qoymamış, bununla da polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də, polis əməkdaşları onu Salyan RPŞ-yə gətirmişlər. Onu da qeyd edir ki, etdiyi əmələ görə peşmandır və gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:45 radələrində Salyan şəhəri, Nizami küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdı. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:45-radələrində Salyan şəhəri, Nizami küçəsində ucadan nalayiq ifadələr işlədərək Salyan RPŞ-nin əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını və müharibə veteranı olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Şəxs İXM 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Salyan Rayon Vəkil Bürosunun vəkili X3 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 02 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 12 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X3 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 02 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 12 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar