Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-452/2025 14.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Niftulla oğlunun, Pedaqoq - Salyan şəhər 2 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi X2, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil X9 oğlunun iştirakları ilə 14 aprel 2025-ci il Salyan şəhəri xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İ dərəcəli gözdən əlil, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 123A, mənzil 07-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində, qeydiyyatsız evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən 14 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 14 aprel 2025-ci il tarixli, MN № 1954421/161 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə dövriyyəsi qanunla qadağan olunmuş qurudulmuş marixuana əldə edərək özündə saxlamışdır. Bununla əlaqədar olaraq Salyan rayon PŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı əsasında Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən 14 aprel 2025-ci il tarixli, MN № 1954421/161 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 11 mart 2025-ci il tarixdə Salyan rayonu, Kürsəngi kəndində Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı, üzərində saxladığı bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş 0,25 qram narkotik vasitə qurudulmuş marixuanaya görə müstəntiqin qərarı əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyi əmələ görə peşman olmasını, İ qrup gözdən əlil olmasını nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi X6 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində səmimi peşman olmasını və gözdən əlil olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 izahatında göstərdi ki, Salyan rayon PŞnin İB-nin baş müstəntiqi, polis polkovnik-leytenantı X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı əsasında tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə 14 aprel 2025-ci il tarixli, MN № 1954421/161 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnik-leytenantı X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 11 mart 2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Salyan rayonu, Kürsəngi kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş Şəxs üzərindən onun qanunsuz olaraq əldə edib üzərində saxladığı bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq edilərək götürülmüşdü. Üzərindən aşkar edilərək götürülmüş büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və onun çəkisinin 0,47 qram olması müəyyən edilmişdir. Narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq az miqdarda əldə edib üzərində saxlayaraq daşımasına görə əməlində inzibati xəta müəyyən edildiyindən Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərarla Şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,25 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilərək, saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 11 mart 2025-ci il tarixli, 18/222 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs....” sözləri yazılmış və imzaları olan kağız paketdəki: 1 ədəd bükümdə təmiz çəkisi - 0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 145 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Lakin ƏƏSMN-nin DSMF-dan alınmış arayışa əsasən İ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 206-cı maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicə təyin edilir. İş materiallarında olan DSMF-dan alınmış arayışdan görünür ki, Şəxs İ qrup gözdən əlildir. Belə olan halda onun narkomaniyadan məcburi müalicə təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona görə də Şəxs Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, məhkəmə Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,25 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 04 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 24 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 30, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,25 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 04 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 24 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-452/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-452/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver