Məhkəmə qərarları › İş №3(057)-458/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-458/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-458/2023 26.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Q.Əsgərov küçəsi, ev 125-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 26 may 2023-cü il tarixli, MN № 1690464/540 və 26 may 2023-cü il tarixli, MN № 1690465/541 nömrəli inzibati xəta haqqında protokollar və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Salyan şəhəri, Ə.Zeynalov küçəsində ünvansız söyüşlər söyərək, xırda xuliqanlıq əməli törətmiş və həmin vaxt Salyan RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 9-10 aralarında əsəbi olduğu üçün, Salyan şəhəri, Ə.Zeynalov küçəsində olan zaman ünvansız söyüşlər söymüşdür. Çöx əsəbi oldu üçün, onun yanına gələn polis əməkdalarının qanuni təlbəlrinə tabe olmamışdır. Sonra polislər onu Salyan RPŞ-ninə aparmışlar. Törətdiyit əmələ görə peşmapdır, bir daha belə hərəktlərə yol verməyəcəyini bildirərək, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadə verən Salyan RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Salyan RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı X1 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Salyan şəhəri, Ə.Zeynalov küçəsində bir nəfər şəxsin ucadan ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Dərhal ona yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin nizam-intizama dəfət edərək hərəkətlərinə son qoymasını təlb etmişlər. Lakin həmin şəxs daha da aqressivləşərək, hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görədə həmin şəxsi Salyan RPŞ-nə gətirmişlər. Həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün, xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin rəisinə raportla müraciət etmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona bir ay müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 26 may 2023-cü il, saat 09:45-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar