Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-460/2024 22.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Salyan şəhəri, Babazanlı yaşayış massivində yerləşən M.Muradxanlı adına 6 saylı məktəbin direktoru vəzifəsini müvəqqəti icra edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 11 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında rəis X7 tərəfindən 19 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 19 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin nəzərdə tutulmuş inzibati xətanı törətməyi və həmin inzibati xətaya görə 2000 (iki min) manat inzibati cərimə tətbiq edilməsi göstərilmişdir. Müvafiq qərarda 6 saylı tam orta məktəbin həyətində qazılmış xəndəkdə tullantıların mütəmadi olaraq qalaqlanaraq yandırılması faktının aşkar edilməsi qeyd edilmişdir.Hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğuna, həmçinin aşağıda qeyd edilən digər hallara görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbil Sərvətlər İdarəsi tərəfindən barəsində 19 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərar tərtib edilən zaman onun ümumiyyətlə xəbəri olmamış və qərar qəbul edilən zaman iştirakı təmin edilməmişdir. Belə ki,qərar qəbul edilən zaman işə baxılma tarixi və saatı barədə ona məlumat verilməmiş, iştirakı təmin edilmədiyindən izahatlarını təqdim etmək imkanı olmamış, həmin protokolun əsassız və qanunsuz olması ilə bağlı müvafiq sübutları təqdim etməkdən məhrum olmuş və nəticədə, qərar qəbul edilən zaman işin faktiki halları tam araşdırılmamış və inzibati xəta onun tərəfindən törədilməsə də əsassız olaraq o, inzibati məsuliyyətə cəlb edilmişdir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələbləri pozulmuşdur). Yuxarıda qeyd edilən prosessual olaraq qərarın əsassız və qanunsuz olaraq qəbul edilməsinə göstərilən dəlillərdən əlavə olaraq, 19 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar maddi normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, qərarda “6 saylı tam orta məktəbin həyətində qazılmış xəndəkdə tullantıların mütəmadi olaraq qalaqlanaraq yandırılması” qeyd edilmişdir. Hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Ekologiya və X8 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun heç bir təqsiri olmadan və bununla bağlı əsas olmadan onu məsuliyyətə cəlb etmişdir. Müvafiq protokol və qərar tərtib edilən zaman məktəb kollektivi tərəfindən qalaqlanaraq yandırılan tullantıların olub olmaması və vardırsa bunun məktəbə aidiyyətinin olub olmaması araşdırılmamışdır. Əgər məktəbin işçisi tərəfindən belə bir hala yol verilmişdirsə həmin işçinin izahatı alınmalı və ona onun tərəfindən tullantıların məhv edilməsi ilə bağlı hər hansı göstəriş verilib verilməməsi araşdırılmalı idi. Çünki o, tullantılarla bağlı heç bir qanunsuz göstəriş verməmiş və təqsiri olmayan əməllə bağlı da məsuliyyət daşımamalıdır. Təşkilat tərəfindən bu halların heç biri araşdırılmamış və qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məktəb kollektivi tərəfindən onun göstərişi ilə qərarda qeyd edilən tullantılar qalaqlanmamış və yandırılmamışdır. Protokolu tərtib edən əməkdaş göstərmişdir ki, guya o, izahatında bildirmişdir ki, “Regional Təhsil İdarəsi urnalarla təmin etmədiyi üçün formalaşan tullantıları xərəyə atıb yandırırlar”. O, isə izahatında qeyd etmişdir ki, məktəbdə urna ilə təmin edilməmişlər, lakin onlar formalaşan tullantıları qalaqlayıb yandırmırlar. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun vəzifəli şəxs kimi təqsirinin olması ilə bağlı heç bir sübut təqdim etmədən əsassız və qanunsuz olaraq protokol və qərar tərtib etmişlər. Belə ki, inzibatı xəta hadisəsininın olubolmaması, inzibati xəta hadisəsi varsa bunun fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs tərəfindən törədilməsi müəyyən edilməli və bundan sonra bunu təsdiq edən müvafiq sübutlar əlavə edilməli idi. Nəticədə, əsassız olaraq vəzifəli şəxs kimi cərimə olunmuşdur. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmiş və nəticədə, təqsiri olmadan onu inzibati məsuliyyətə cəlb edərək cərimə tətbiq etmişlər. X6 Azərbaycan Respublikası Ekologiya və Təbil Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 izahatında bildirmişdir ki, düzdür, zibil tullantılarını xəndəyə onlar atmışdırlar, lakin zibil tullantılarının atılması üçün hər hansı bir yer və ya qablar (urnalar) qoyulmamışdır. Buna görə də, zibil tullantıları məktəb ərazisindəki xəndəyə atılmışdır. O, bu vəzifəni iki həftədir ki, icra edir. Müvəqqəti icrası ona həvalə edilmişdir. Zibil tullantılarının hara atılması barəsində məlumatlandırılmamış, öncədən xəbərdar edilməmişdir. Regional Təhsil İdarəsi yerli qurumlarla müqavilə imzalamalı və zibil tullantılarının yığılması və daşınması üçün xidmət göstərilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X5 şikayəti qəbul etməyərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Salyan şəhər Babazanlı yaşayış massivində M.Muradxanlı adına 6 saylı tam orta məktəbin həyətində qazılmış xəndəkdə tullantıların mütəmadi olaraq qalaqlanaraq yandırılması faktı ilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Salyan şəhər Babazanlı yaşayış massivində M.Muradxanlı adına 6 saylı tam orta məktəbin həyətində qazılmış xəndəkdə tullantıların mütəmadi olaraq qalaqlanaraq yandırılması faktı ilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən və DVD diskdə olan videoyazıdan görünür ki, məktəbin ərazisində xəndəyin içərisində tullantılar qalaqlanaraq yandırılmışdır. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 29-34/3-1-67K/2024 nömrəli əmrin surətindən görünür ki, Salyan şəhər M.Muradxanov adına 6 nömrəli tam orta məktəbin vakant olan direktor vəzifəsi üzrə əmək funksiyalarının icrası xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Lalə Qurbanovaya həvalə olunmuşdur. Beləlikə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla, həmçinin, Lalə Qurbanovanın etirafedici izahatı ilə məhkəmə iclasında müəyyən olundu ki, Salyan şəhər Babazanlı yaşayış massivində M.Muradxanlı adına 6 saylı tam orta məktəbin həyətində qazılmış xəndəkdə tullantıların mütəmadi olaraq qalaqlanaraq yandırılması faktı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X6 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-460/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-460/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver