Məhkəmə qərarları › İş №3(057)-464/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-464/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-464/2024 20.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İnzibati xəta törətmiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli ******* saylı qərarın dəyişdirilməsi barədə X1 vermiş olduğu şikayətə və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X3 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli ******* saylı qərarın ona başqa tənbeh növü tətbiq etməklə (ov hüququnun məhdudlaşdırılması) qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 bildirmişdir ki, 23 fevral 2024-cü ildə Neftçala rayonu Şirvan kəndində tanışı Coşqunla birlikdə ov etmək üçün getmişlər.Özü həmin vaxt 23 ədəd ördək vurmuş, sonradan ekologiya idarəsinin əməkdaşları gəlib onlardan həmin quşları aşkar etmişlər.Özünün ov silahı var, həmin silahı rəsmi qaydada icazə əsasında almış və istifadə edir.Özü faktiki olaraq 2016-cı ildən ovçular cəmiyyətinin üzvü olmaqla ov etmək hüququ vardır.Bu barədə ovçular cəmiyyətinin üzvü olması barədə bileti vardır. Himayəsində olan iki uşağının ali təhsil müəssisəsində oxuyur, maddi vəziyyəti ağır olduğundan ona tətbiq olunmuş cərimə cəzası ailə vəziyyətini çətin vəziyyətə salacaqdır.Özünün səmimi peşiman olduğunu qeyd edərək, ona təyin olunmuş cərimə cəzasının başqa cəza növü ilə, məsələn ov hüququnun məhdudlaşdırılması cəzası ilə əvəz olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə sonuncunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası DİN-nin BİTİ-i tərəfindən verilmiş 2897 saylı şəhadətnaməyə əsasən 12 dekabr 2022-ci ildə X2 12 kalibrli, “Ata-armş” markalı, 78- H21YT-004319 nömrəli yivsiz lüləli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Xüsusi Mühafizə Xidməti Hərbi Ovçuluq İttifaqının vermiş olduğu 02053 saylı ovçuluq biletindən görünür ki, X1 adına 10 noyabr 2016-cı ildə ovçuluq bileti verilmişdir. Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən verilmiş 000042 nömrəli biletin surətindən görünür ki, X3 dekabr 2004-cü ildə həmin cəmiyyətin üzvüdür. Məhkəmə inzibatixəta törətmiş şəxs X5 dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsinin tərkibi var və barəsində ilkin qərar qəbul etmiş orqan haqlı olaraq həmin maddənin sanksiya həddində ona cərimə inzibati tənbeh növünü tətbiq etmişdir.Lakin həmin orqan X1 ailə və maddi vəziyyətini nəzərə almadan ona cərimə tənbehini tətbiq etmişdir. Məhkəmə xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov hüququnun məhdudlaşdırılması növündə tənbehin təbiq olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İXM-nın 31.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 31.5. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli ******* saylı qərarı dəyişdirilsin, o, Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə altı ay müddətə ov hüququ məhdudlaşdırma inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar