Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-466/2024 08.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1977-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil 08 may 2024-cü il tarixli, MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş 08 may 2024-cü il tarixli, MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 08 may 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Ələt-Astara magistral yolunun 140-cı kilometrliyində yolun kənarında çəkilmiş xırda gözlüklü metal torları kəsməsi nəticəsində “7№-li X2” MMC-yə 49 manat ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolda həmçinin qeyd olunmuşdur ki, vətəndaş Şəxs Ələt-Astara magistral yolunun 65-ci kilometrliyində polis əməkdaşları serjant Rəvan Kərimliyə və serjant Həmid Səmədzadənin qanuni tələblərinə qəsdən tabe olmamaışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin sahə rəisi, polis leytenantı X6 bildirmişdir ki, Salyan RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis seriantı Rəvan Kərimli 24 aprel 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə raport ilə müraciət edərək, 24 aprel 2024-cü il tarixdə İTB-nin sahə nəfəri, polis seryantı Həmid Səmədzadə ilə Salyan rayonu Marışlı kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin Ələt-Astara magistral yolunun 65-ci kilometrliyində yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X5 məxsus olan xırda gözlüklü metal torları bir nəfər şəxsin kəsdiyini görmüşlər. Bu səbəbdən həmin şəxsə yaxınlaşıb xırda gözlüklü metal torları niyə kəsdiyini soruşmuşlar. Bu zaman həmin şəxs xırda gözlüklü metal torlardan keçməklə heyvanlarını otarmağa apardığını demiş, bu zaman həmin şəxs nalayiq ifadələr işlədərək onlar söyüb təhqir etməyə başlamışdır. Onlar onu qanunun tələblərinə cavab verməyə dəvət etmişdirlər. Lakin həmin şəxs nalayıq ifadələr işlətməyə davam edərək üstünə gəlib paltarının yaxasından yapışıb onlarla mübahisə etməyə davam etmişdir. Bu səbəbdən onlar onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq rayon polis şöbəsinə getməkdən imtina etmişdir. Ondan sonra onlar onu xidməti avtomobilə əyləşdirib Rayon Polis Şöbəsinə gətirmişlər. Rayon Polis Şöbəsinin Növbətçi Hissəsində həmin şəxsin Salyan şəhəri T.Davudzadə küçəsi, ev 7-də yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Təhqiqatın qərarı əsasında protokol tərtib etmişdir. Həmin protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Ələt-Astara magistral yolunun 65-ci kilometrliyındə Salyan rayonu Marışlı kəndi ərazisində heyvandarlıq fermasında nəzarətçi işləyir. Fermada 30 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu heyvan vardır. O, gündəlik olaraq heyvanları yolun kənarında otarır. Fermaya isə öz nəqliyyat vasitəsi ilə gedib-gəlir. Həmin yerə gediş-gəliş yolu olmadığından bir neçə müddətdir ki, o, yolun kənarında çəkilmiş Azərbaycan Respublikası Avtomobil X5 məxsus olan xırda gözlüklü metal torları kəsib avtomobili ilə oradan gedib-gəlir. Sonuncu dəfə 24 aprel 2024-cü il tarixdə saat 17 radələrində heyvanları yolun kənarında otarırmış. Bu zaman orada avtomobil gördüyündən, o, metal toru aralayaraq arasından keçib onların yanına getmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb metal torları niyə kəsdiyini soruşmuşdur. O da onlara gediş-gəliş yolu olmadığından metal toru kəsdiyini bildirmişdir. Ondan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişdir. O da polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişdir. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hər tərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs Ələt-Astara magistral yolunun 140-ci kilometrliyində yolun kənarında çəkilmiş xırda gözlüklü metal torları kəsməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, Şəxs Ələt-Astara magistral yolunun 140-cı kilometrliyində yolun kənarında çəkilmiş xırda gözlüklü metal torları kəsməsi nəticəsində “7№-li X2” MMC-yə 49 manat ziyan vurmaqla İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X4 xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis seriantı Rəvan Kərimlinin raportu əsasında toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilməsi, Ələt-Astara magistral yolunun 140-cı kilometrliyində yolun kənarında çəkilmiş xırda gözlüklü metal torları kəsən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələrinin tərkibi var, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs aşağı həddə inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Qeyd olunan tənbeh başqa şəxslər tərəfindən oxşar inzibati xətaya yol verməməsi üçün mühüm xəbərdaredici təsirə malik olacaqdır. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, ona 8 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 08 may 2024-cü il tarixdən, saat 13:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-466/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-466/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver