Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-467/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonu, Qarabağlı kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, işsiz, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunmuş, 17 aprel 2025-ci il tarixli, MN № 1954266/170 saylı inzibati xəta haqqında protokol X9 Şöbəsi (bundan sonra - Salyan RPŞ) tərəfindən məhkəməyə daxil olmuşdur. 17 aprel 2025-ci il tarixli MN № 1954266/170 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Salyan rayonu, Qarabağlı kəndində yaşayan Şəxs yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 göstərmişdir ki, Salyan rayonu, Qarabağlı kəndi üzrə sahə rəisi vəzifəsini müvəqqəti olaraq əvəz edir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ona təqdim edildikdən sonra araşdırma aparmışdır və müəyyən etmişdir Ramil spirtli içki alüdəçisidir. Hər gün spirtli içki qəbul edir və heç bir yerdə işləmir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Hər hansı bir qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Salyan rayonu, Qarabağlı kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Ağlayaraq peşman olduğunu və ona köməklik göstərilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hər gün spirtli içki qəbul edir. Söz verir ki, bir daha spirtli içki qəbul etməyəcəkdir. Ailəsi ilə barışmaq istəyir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə nəticəsində onu taxta parçası ilə döymüşdür. Buna səbəb Ramilin qızı Ramilə Pənahovanı döyərkən onları aralamaq istəməsi olmuşdur. Ramildən şikayətçidir. Evlərdə işləyərək ailənin zəruri ərzaq ehtiyaclarını ödəsə də Ramil ondan araq almasını tələb edir. Gündəlik evlərdə Hazırda valideyinlərinin evində yaşayır. Onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ramil ilə barışmaq niyyəti yoxdur. Onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əmələrində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Salyan zona mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli, 138 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sağ saidin yuxarı 1/3-nin iç səthinin qançırı küt əşya təsirindən törədilmiş, qərarda göstərilmiş müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə taxta parçası ilə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Salyan zona mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli, 139 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2008-ci il təvəllüdlü təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslə barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətlini yüngülləşdirən hallar aşkar edilmədi. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən İXM-in 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 17 aprel 2025-ci il tarixdə, saat 17:30-da məhkəməyə gətirilmiş, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 17 aprel 2025-ci il tarixdə, saat 17:30-dan hesablansın, inzibati həbsin sonu 02 may 2025-ci il, saat 17:30 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-467/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-467/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver