Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-468/2024 09.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayının inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 08 may 2024-cü il tarixdə sosial şəbəkədə özünə məxsus “VAZ 2107 MİNİK” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayının inspektoru, polis baş leytenantı X2 qeyd etdi ki, Şəxs “TikTok” sosial şəbəkəsində özünə məxsus profildə yerləşdirdiyi videoda avtomobili təhlükəli idarə etməsi və digər yol hərəkəti iştirakçılarına təhlükə yaratdığı müşahidə olunur. Sosial şəbəkədə yerləşdirilən məlumat və digər xarakterli paylaşımlarla bağlı tərəflərindən lazımi araşdırma aparılmış və sonda vətəndaşın əməllərində inzibati xəta olduğu aydınlaşdırılmışdır. Onun əməllərində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta vardır. Vətəndaşın idarə etdiyi “VAZ 2107 MİNİK” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən duracağa təmin olunması üçün saxlanılmışdır. Vətəndaşdan törətdiyi əməllərlə bağlı izahat alınması üçün posta dəvət olunmuşdur. Verdiyi izahat zamanı bildirdiyi kimi videonun montaj olması və s. bu kimi xüsasatlar tamamilə özünü müdafiə xarakterlidir. Vətəndaşın sosial şəbəkədə paylaşdığı videonu disk daşıyıcıda məhkəməyə təqdim etmişdir. Həmin maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulduğu üçün müvafiq protokol tərtib edilərək hüquqi qiyməti verməsi üçün məhkəməyə gətirilmişdir. Belə ki, cəzanın əsas məqsədi şəxsin islah olunması və cəmiyyətin tərbiyələndirilməsi olduğu üçün tərtib olunmuş protokolun təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə (TikTok) özünə məxsus “VAZ 2107 MİNİK” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə çəkilən video paylaşmışdır. 1 saat sora DYP əməkdaşları yaxınlaşaraq maşını duracağa aparmışdır. Sosial şəbəkədə paylaşılan video çəkiliş montajdır. Videonun montaj olmayan tərəfini də DYP postuna təqdim etmişdir. Paylaşdığı video materialda heç bir avto xuliqanlıq hadisəsi yoxdur. Məhkəmə prosesi zamanı barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil inzibat xəta üzrə materiala xitam verilməsi və inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, videogörüntü və digər iş materialları ilə təsdiq olunur. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; CD diskdəki video-görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs “VAZ 2107 Minik” markalı, 90RP937 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Zərifə Əliyeva küçəsi istiqamətində idarə edərkən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi hallarına yol vermişdir. BD418076 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2107 MİNİK” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətindədir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Şəxs 08 may 2024-cü il tarixdə sosial şəbəkədə özünə məxsus “VAZ 2107 MİNİK” markalı, **-HE- *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1-ci maddəsinə əsasən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs edilməlidir. Eyni zamanda, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 09 may 2024-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-468/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-468/2024
09.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver