Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-469/2024 10.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan st.X8 İTQ-nun baş inspektoru, polis mayoru X1, oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil - Vəkil iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə Sübhan Cəbrayılov adına Salyan Peşə liseyinin tələbəsi, "xxxx" QSC-də enerji nəzərətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 47 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şirvan st.X8 İTQ-nun baş inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 08 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 08 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il saat 16:10-radələrində Salyan şəhərində keçmiş Bakı-Astara yolu ilə kəsişmədə qorunan keçiddə avtomobil ilə d/y keçidi bağlayaraq, maşını yandırmaqla ətrafdakı insanları özünə cəlb edib ictimai qaydanı pozmuşdur. MN seriyalı ******* nömrəli, 08 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il saat 16:10-radələrində qorunan dəmir yolu keçidində avtomobili saxlayıb, maşını yandırmaqla ətrafdakı insanları ora toplayıb ictimai qaydanı pozanda polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Şirvan st.X8 İTQ-nun baş inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 08 may 2024-cü il tarixli, MN № ******* və № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilir. X5 adına X9 qiyabi təhsil alır. Bu hadisəyə qədər heç bir qanuna zidd hərəkət törətməmişdir. O Dəmir Yolları QSC-nin Salyan rayon ərazisində olan şöbəsində işlədiyi zaman aldığı əmək haqqı daha yüksək məbləğdə olsa da, hazırda Şirvan şəhərinə gedib-gəldiyi üçün aldığı əmək haqqı onu qane etmir. Şirvan st XPB-nin əməkdaşları gəldikdən sonra avtomaşını dəmir yolu keçidindən çəkəcəyini bildirmişdir. Hadisədən əvvəl bu barədə dəmir yol polisinə zəng vurub məlumat da vermişdir. Əsas məqsədi pozulmuş əmək hüquqlarının bərpasıdır. Dəfələrlə "xxxx" QSC-nin rəhbərliyinə bu barədə yazılı müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Elçin Zülfüqarovun qəbulunda olmuşdur. Ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şirvan st.X8 İTQ-nun baş inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, X7 Yolları QSC ilə problemi vardır. Onlar hadisə yerinə getdikdə Şəxs onların tələblərinə riayət etsə də, onlar ora gedənə kimi polisin göstərişinə əməl etməmişdir. Camaatı öz ətrafına toplamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi Vəkil göstərmişdir ki, əməlindən səmimi peşmandır. Özünü təqsirli bilir. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan st.X8 Salyan st.xətt polis məntəqəsinin polis nəfəri X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Şəxs ona zəng edərək, dəmir yolunu kəsdiyini bildirmişdir. Onu stansiyaya dəvət etmiş, lakin o gəlməmişdir. Sonra o, dəmir yoluna gedərək nə üçün belə etdiyini soruşduqda, Dadaş bu hərəkəti etməsinə səbəbin onun rəhbərliyə müraciət etməsinə baxmayaraq, rəhbərliyin onunla əlaqə saxlamaması olduğunu demişdir. Dadaş ona heç bir tabesizlik göstərməmiş, avtomaşını dəmir yolundan çəkmişdir. 30 dəqiqəyə yaxın yol bağlı qalmışdır. Beləliklə, məhkəmə nümayəndəni, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, müdafiəçini dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında ******* nömrəli, 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün 08 may 2024-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o 2011-ci ildən dəmir yolları sahəsində, 2022-ci ildən çalışdığı EC-6 sahəsində işləyir. Bugün saat 16:05 radələrində idarə etdiyi Land-Ferlander markalı, **-HH-*** nömrəli avtomaşınını sürüb Salyan şəhərində Osmanlı-Astara dəmir yolu xəttinin 45 kilometrliyində 9 pk-də Köhnə Bakı-Astara yolu ilə kəsişmədə yerləşən qorunan keçiddə dəmir yolu xəttinin relsinin üstündə saxlamışdır. Bunu ona görə etmişdir ki, əvvəllər yəni 2020-ci ildən onu Salyan ETŞ-11-də sex rəisi vəzifəsindən azad edib başqa daha aşağı işlərə təyin etdikdən sonra onun öz rəhbərliyi ilə əmək haqqı az olduğuna görə narazılığı yaranmışdır. Dəfələrlə etdiyi yazılı məktub və teleqramlarına rəhbərliyi tərəfindən müsbət cavab almadığına görə maşınla dəmir yolunun xəttini bağlayaraq öz narazılığını bildirmək istəmişdir. Cəmi 430 manat maaş aldığı üçün dolanışıq şəraitinə görə rəhbərlik yəni Ramil Qasımova, Nurlan Orucova, Yaşar Əliyevə, insan resurslarında Vüsal müəllimə, hüquq şöbəsində Əlövsət müəllimə, departament sədri Elçin Zülfüqarova və cənab sədrə teleqram və məktubla müraciət etmişdir. O ETŞ-6 rəisi Natiq müəllimdən dəmir yolu geyim forması istəyəndə o, ona bildirmişdir ki, işə gəlməyən adama forma verilmir. Əgər o, işə getməmişsə ona niyə əmək haqqı 430 manat verilmişdir? Təxminən 4 ilə yaxındır ki, ona işə çıxmadan əmək haqqı yazılır və o pulu öz kartından çıxarır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində Salyan şəhərində keçmiş Bakı-Astara yolu ilə kəsişmədə qorunan keçiddə avtomobil ilə d/y keçidi bağlayaraq, maşını yandırmaqla ətrafdakı insanları özünə cəlb edib ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdı. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10radələrində Salyan şəhərində keçmiş Bakı-Astara yolunda keçidində avtomobili saxlayıb, maşını yandırmaqla ətrafdakı insanları ora toplayıb ictimai qaydanı pozanda Salyan RPŞnin və Şirvan st.X8 Salyan st.xətt polis məntəqəsinin əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 məhkəmə prosesi zamanı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-469/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-469/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver