Məhkəmə qərarları › İş №3(057)-47/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-47/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-47/2023 24.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs, Müdafiəçisi – X4 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Salyan rayonu, Seydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işsiz, Salyan rayonu, Seydan kəndində qeydiyyatda omaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 24 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 24 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2079/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 anaları X3 himayəsində saxlanmışdır. xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşaq üçün 93 manat sabit pul məbləğində aliment tutulub X3 xeyrinə tutulması qərara alınmışdır. Hazırda Şəxs 13928 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, borclu Şəxs uzun müddətdir ki, icra sənədi üzrə ödəməli olduğu borcunu ödəmir. Dəfələrlə Şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamışlar, icra şöbəsinə dəvət edərək aliment borcunun ödənilməsini təklif etsələr də heç bir nəticəsi olmamışdır. O, müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınır. Zərər çəkmiş şəxs X7 şikayətçidir. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, uzun müddət işsiz olduğu və ikinci nikahından da iki uşağının olduğunu, uşaqlarının uzun müddət onun yanında və körpələr evində yaşadığını, aliment məbləğinin azaldılması ilə bağlı bir neçə dəfə məhkəməyə müraciət etmək istəsə də pulu olmadığı üçün vəkillə müqavilə bağlaya bilmədiyini bildirdi. Hazırda işlədiyini 13928 manat məbləğində aliment borcunun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay 400 olmaqla hissəhissə aliment borcunu ödəyə biləcəyini bildirdi. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. - Şəxs 24 yanvar 2023-cü il tarixli izahatından görünür ki, o, 13928 manat aliment borcunun yarandığını qəbul edir və hər ay 400 manat aliment ödəyə bilər. - Salyan Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 3(057)-468/2017 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndiriləməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 3(057)-499/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndiriləməsinə dair inzibati xəta haqqında iş üzrə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Borclu Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını və Şəxs dəfələrlə söz verməsinə baxmayaraq aliment borcunu ödəməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbehi tətbiri tədbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 24 yanvar 2023-cü il tarixdən, saat 17:25-dən hesablanmaqla, inzibati həbsdən sonu 02 fevral 2023-cü il tarix, saat 17:25 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar