Məhkəmə qərarları › İş №3(057)-47/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-47/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-47/2025 24.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi həmin idarənin baş məsləhətçimüfəttişi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin hüquqi şəxsin qanuni təmsilçisi məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin ofisi Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti 91 (Nobel pr. 15), «Yeni Həyat» Biznes Mərkəzində yerləşir. Lakin şirkətin hüquqi ünvanı ünvan 1rotokola baxılması üçün hüquqi şəxsin ünvanının olduğu yer üzrə Səbail rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi həmin idarənin baş məsləhətçi-müfəttişi X2 vəsatətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, vəsatəti və digər materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokol hüquqi şəxsin Salyan rayonunda yerləşən ünvanındakı obyektinə dair tərtib edilsə də, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı ünvan 4 İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin 112.4-cü maddəsinə əsasən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 234.0.5 və 271-ci maddələri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar