Məhkəmə qərarları › İş №3(057)-471/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-471/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-471/2024 10.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Nəcəf oğlunun iştirakları ilə xx xxxx 1959-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, Salyan şəhəri, 28 May küçəsi, ev 55, mənzil 5-də qeydiyyatda olmaqla, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 40-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 10 may 2024-cü il tarixli, MN № 1654783/535 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Bununla əlaqədar olaraq Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən 10 may 2024-cü il tarixli, MN № 1654783/535 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, protokolu müdafiə edir. Şəxs Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə gecə saatlarında Salyan şəhərində şübhəli bilinib üzərinə baxış keçirilmiş üzərində 0.232 qram tiryək aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək bildirmişdir ki, barəsində tərtib olunmuş protokolla tanışdır. Qərardan şikayət verməmişdir. Tiryəki yerdən tapmışdır. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Yaşlı olması halının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin təhqiqatçısı X4 xx.xx.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Emin Əliyevin raportu əsasında toplanmış material üzrə Salyan şəhəri, 28 May küçəsi, ev 55, mənzil 5-də qeydiyyatda olmaqla, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 40-da faktiki yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün yaşayış yeri üzrə Salyan RPŞ-nin İTB-nə göndərilməsi, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,232 qram çəkidə narkotik vasitə tiryək maddi sübutların saxlanılma kamerasında saxlanılması üçün Salyan RPŞ-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti Şəxs göndərilməklə ona qəbul olunmuş qərardan narazı qaldığı halda rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüququnun olması izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilməsi qərara alınmışdır. 28 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolun ksero surətindən görünür ki, Şəxs 28 mart 2024-cü il tarixdə saat 22:40 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən çayxananın yaxınlığında küçədə saxlanılaraq BNMİ-nin X12 Şöbəsinə gətirilmiş, 28 mart 2024-cü il tarixdə saat 23:50 dəqiqədə müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. 29 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 təhqiqatçısı, polis mayoru X9 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 əməliyyat müvəkkili, polis mayoru X10, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis nəfəri, polis baş serjantı X11, Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 polis nəfəri, polis baş serjantı X5, Şəxs, müdafiəçi X2 iştirakları ilə tərtib edir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinə Şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilərkən sonuncu 28 mart 2024-cü il tarixdə saat 22:40 dəqiqədə Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində yerləşən çayxananın yaxınlığında küçədə saxlanılaraq Regional Şöbəyə gətirildikdən sonra tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 mart 2024-cü il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X6 inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edilmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, arabir narkotik maddə tiryək qəbul edir, satışı ilə məşğul olmamışdır. Şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd selofan büküm, əynində olan digər geyim əşyalarının cibindən bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd təsbeh, bir ədəd alışqan, cəmi 14 manat pul və içərisində siqaret dənələri olan “Vinçestr” siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, bükümün içərisində tiryək var, özünə məxsusdur, dünən Salyan şəhərində küçədə tapmış, özü qəbul etmək üçün üzərində saxlamış, əldə etdiyi tiryəkdən qəbul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Şəxs üzərindən aşkar olunmuş bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Mobil telefon, içərisində siqaret dənələri olan siqaret qutusu, alışqan və cəmi 14 manat pul material üzrə əhəmiyyət kəsb etmədiyi üçün Şəxs qaytarılmışdır. Şəxs üzərindən aşkar olunmuş selofan büküm elektron tərəzidə çəkildikdə tiryəkə bənzər kütlə 0,31 qram çəkidə olmuşdur. Sonra həmin büküm zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün №7(1) möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır. Ona verilən sualları tam başa düşdüyünü bildirmişdir. Şəxsi axtarış xidməti iş otaqda keçirilmiş və “Sony” markalı video kamera vasitəsi ilə BNMİ-nin CBRŞ-nin əməkdaşı Kamil Rəhimov tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 29 mart 2024-cü il tarixli, 19/298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şəxs təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözləri və imzalar olan zərfi açdıqda, 1 ədəd bükümdə təmiz çəkisi 0.282 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata sərf olundu-0.05 qram, qalıq-0.232 qram təşkil edir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. 29 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulmadan azad edilməsi barədə” qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş xx.xx.1959-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, Salyan şəhəri, 28 May küçəsi, ev 55, mənzil 5-də qeydiyyatda olmaqla, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 40-da faktiki yaşayan Şəxs tutulmadan dərhal edilsin və şübhəli şəxs qismində prosessual statusuna xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X15 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 306 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli öz ifadəsiu, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması Şəxs izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla tam sübuta yetirilmişdir. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs 01 iyun 2024-cü il tarixdə altmış beş yaşına çatacağını nəzərə alaraq barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs Salyan rayon X7 Hüquqi Şəxsin ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün qərarın surəti Salyan rayon MX X20 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48- 51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan rayon MX X20 göndərilsin. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.232 qram narkotik vasitə olan tiryək qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar