Məhkəmə qərarları › İş №3(057)-472/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-472/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-472/2025 21.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan rayonu, Aşağı Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN 1954462/180 saylı Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə Salyan şəhərində yerləşən Bakı restoranının həyətində uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov raportla müraciət edərək bildirmişdir ki, Salyan RPŞ-nin PPXB-nün polis serjantı Fərid Şirinov raportla müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində polis serjantları İsa İmanov və Eltac Nəcəfzadə ilə birlikdə xidmətdə olan zaman Salyan şəhəri B.Talıblı küçəsində yerləşən “Tut Ağacı” restoranın qarşısından keçərkən səs-küy gəldiyini eşidib ora yaxınlaşıb bir qrup şəxsin sərxoş vəziyyətdə səs-küy saldıqlarını görüb, onları nizamintizama dəvət etdiklərini, bu zaman adları sonradan onlara məlum olan ünvan 2 ünvanda yaşayan X5 və Salyan rayonu A.Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs polis əməkdaşlarına qarşı kobudluq edərək polisin qanuni tələbinə qəsdən tabe olmadıqları üçün onları RPŞ-nə gətirmək məqsədilə “Fiat Doblo” markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtopatrul maşınına oturduqlarını, avtomaşının içərisində olan zaman Yadigar Mehtiyev avtopatrul maşının sol arxa yan qapısına ayağı ilə zərbə vuraraq şüşəsini sındırdıqlarını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü təqsirli bilmiş, bildirmişdir ki, o, 2025-ci il aprelin 19-da axşam saatlarında tanışı Yadigar ilə birlikdə Salyan şəhəri, Aşağı Kürkənd kəndinin girişində yerləşən kafedə əyləşib spirtli içki qəbul etmişlər. Təxminən saat 02:00 radələrində Yadigar ilə birlikdə oradan duraraq Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən “Tut ağacı” restoranına getmişlər. Bir nəfər üzdən tanıdığı restoranın işçisi gec olduğunu və birazdan bağlayacaqlarını bildirmişdir. O da bir tikə yemək yeyib çıxıb gedəcəklərini demiş, həmin şəxs də onlarla razılaşmışdır. Onlar sifariş vermişlər, sifarişləri gəlmişdir. Həmin vaxtı yeznəsi Ehtiram mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da tanışı ilə “Tut ağacı” restoranında olduğunu demişdir. Bir az sonra Ehtiram yanlarına gəlmiş, təxminən 10-15 dəqiqə sonra çıxıb getmişdir. 2025-ci il aprelin 19-dan 20-nə keçən gecə saat 01 radələrində restoranda işləyən şəxs gələrək müştərilərin getdiyini, bircə onların qaldığını, onlarında getməli olduğunu bildirmişdir. O, həmin şəxsdən xahiş edərək narahat olmamasını və sakitcə oturub yeməklərini yeyəcəklərini demişdir. Həmin şəxs də onun xahişindən sonra otura biləcəklərini, durduqdan sonra işığı söndürüb və qapını bağlayıb çıxıb getmələrini bildirmişdir. Həmçinin də həmin şəxs hesabın nə qədər etdiyini bildirmiş, onlar da hesabı ödəmişlər. Sonra həmin şəxs sağollaşaraq çıxıb getmişdir. Onlar kabinetdə deyib-gülüb, əylənməyə başlamışlar. Bildirmişdir ki, kabinetin qapısını açıq qoymuşdur. Təxminən saat 04 radələrində o, restoranın həyətində siqaret çəkmişdir. Həmin vaxtı o, sərxoş olduğu üçün uca səslə danışır və gülmüşdür. Bu zaman mülki geyimdə olan şəxslər onların yanlarına gələrək xidməti vəsiqələrini göstərib Salyan RPŞ-nin əməkdaşları olduqlarını və gecə vaxtı səsküy saldıqlarını bildirərək onlara öz iradlarını bildirmişlər. O da sərxoş vəziyyətdə olduğu üçün onlara çıxıb getmələrini və onları narahat etməmələrini demişdir. Lakin polis əməkdaşları getməmişlər, polis əməkdaşları onlara tabe olmadıqlarını deyərək kömək çağırmışlar. O, əsəbiləşərək polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Sonra polis əməkdaşları polis maşını çağırmışlar, onu və Yadigarı polis şöbəsinə gətirmişlər. 2025-ci il aprelin 20-də izahat verən zaman narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini demişdir. Bununla bağlı olaraq ondan analiz götürülmüşdür. Həmin analizin cavabına əsasən narkotik vasitədən istifadə etməyi bilinmişdir. Təxminən 1 ay bundan əvvəl yaşadığı Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən qəbiristanlıq yolundan keçərkən yerdə siqaret qutusu olduğunu görmüşdür. O, həmin siqaret qutusunu götürmüş və içərisinə baxan zaman qutunun içərisində 2 ədəd siqaret olduğunu görmüşdür. Həmin siqaretə baxan zaman isə birinin içərisində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu aşkar etmişdir. O, həmin tapdığı içərisində nəşə kimi tanıdığı narkotik vasitə marxuananın olduğu siqareti yandırıb çəkmişdir. O, narkotik vasitəni təxminən 1 ay bundan əvvəl istifadə etdiyini bildirmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəyini, peşman olduğunu, himayəsində iki uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, Salyan RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixində RPXN-nin polis nəfəri Fərid Şirinov və Nəcəfzadə Eltac ilə birlikdə Salyan şəhəri ərazisində yerləşən “Tut Ağacı” restoranının həyətindən səs-küy gəldiyi üçün ora yaxınlaşaraq kabinetlərin birində 3 nəfər şəxsin səs-küy salmasını görüb onlaraq yaxınlaşıb gecə vaxtı belə hərəkətlərə yol verilməməsini bildirəndə onlardan biri sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək başlaçış və onlar onu intizama dəvət etsələr də şəxs hərəkətini etmişdir. Onun yanında olan şəxslər həmin şəxsi “Mercedes” markalı maşına əyləşdirərək yaxınlıqda olan Bakı restoranın həyətinə getmişlər, orada həmin şəxs yenidən uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. O, onların qanuni tələblərinə tabe olmadığı üçün onu Salyan RPŞ-nə dəvət etmişlər. Həmin şəxs onların tələblərinə tabe mühüm qoymadığı üçün onlar güç tətbiq edərək həmin şəxsi Salyan RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişdirlər. Polis şöbəsində həmin şəxsin Salyan rayonu A.Kürkənd kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, Salyan RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixində RPXN-nin polis nəfəri Fərid Şirinov və İsa İmanov ilə birlikdə Salyan şəhəri ərazisində yerləşən “Tut Ağacı” restoranının həyətindən səs-küy gəldiyi üçün ora yaxınlaşaraq kabinetlərin birində 3 nəfər şəxsin səs-küy salmasını görüb onlaraq yaxınlaşıb gecə vaxtı belə hərəkətlərə yol verilməməsini bildirəndə onlardan biri sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək başlaçış və onlar onu inzitama dəvət etsələrdə şəxs hərəkətini etmişdir.Onun yanında olan şəxslər həmin şəxsi “Mercedes” markalı maşına əyləşdirərək yaxınlıqda olan Bakı restoranın həyətinə getmişlər, orada həmin şəxs yenidən uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. O, onların qanuni tələblərinə tabe olmadığı üçün onu Salyan RPŞ-nə dəvət etmişlər. Həmin şəxs onların tələblərinə tabe mühüm qoymadığı üçün onlar güç tətbiq edərək həmin şəxsi Salyan RPŞ-nə gətirib Növbətçi hissəyə təhvil vermişdirlər. Polis şöbəsində həmin şəxsin Salyan rayonu A.Kürkənd kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Eltac Akif oğlu ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 20 aprel 2025-ci il tarixli, MN 1954452/178 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhərində yerləşən Bakı restoranının həyətində uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. xx.xx.2025-il tarixli, MN 1954334/179 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, protokollaşdırma nömrəsi 00016 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 06:32-də Şəxs qanında alkoqolun konsentrasiyası 1,928 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. 21 aprel 2025-ci il tarixli, MN 1954462/180 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. 21 aprel 2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 206, 510 və və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Valid Şahbazi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” qərardadan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Salyan RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serlantı Fərid Şirinov 2025-ci aprelin 20-də raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət edərək həmin tarixdə polis seriantları İsa İmanov və Eltac Nəcəfzadə ilə birlikdə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə keçən gecə saat 03:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən “Tut Ağacı” restoranının qarşısından keçərkən səs-küy gəldiyini eşidib ora yaxınlaşıb bir qrup şəxsin sərxoş vəziyyətdə səs-küy saldıqlarını görüb, onları nizamintizama dəvət etdiklərini, bu zaman adları sonradan onlara məlum olan ünvan 4 ünvanda yaşayan X5 və Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan və həminünvanda yaşayan Şəxs polis əməkdaşlarına qarşı kobudluq edib hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadıqları üçün onları RPŞ-nə gətirmək məqsədilə “Fiat Doblo” markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtopatrul maşınına oturduqlarını, avtomaşının içərisində olan zaman Yadigar Mehtiyev avtopatrul maşının sol arxa yan qapısına ayağı ilə zərbə vuraraq şüşəsini sındırdıqlarını bildirmişdir.Bununla da, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etdiyi üçün Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan Rayon Polis X2 bölməsinə göndərilmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etdiyi üçün Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan Rayon Polis X3 Bölməsinə göndərilmiş,qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmiş,material saxlanılması üçün Salyan RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. Salyan RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Fərid Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis seriantları İsa İmanov və Eltac Nəcəfzadə ilə birlikdə, Salyan şəhəri, B.Talıblı küçəsində xidmətdə olan zaman Tut ağacı restoranının bağlı olduğunu lakin səs-küy gəldiyi üçün ora yaxınlaşdıq 3 nəfər qadın və 3 nəfər kişi kabinetlərin birində, yeyib içmək məclisi təşkil etdiyini görmüşlər, özlərini onlara təqdim edib, əvvəlcə kafenin sahibini sonra isə onların kim olmasını bu saatda kafe bağlı olduğu halda niyə səs-küy salmalarını soruşmuşlar, bu zaman içkili vəziyyətdə olan bir nəfər şəxs söyüşlər söyməyə başlamış onu nizam intizama sakit və təmkinli olmağa dəvət etsələrdə, həmin şəxs öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmayaraq üzərlərinə hücum çəkmişdir, lakin onun yanında olan şəxslər onu Mersedes markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib yolun qarşı tərəfində yerləşən Bakı restorananına getmişlər. Bakı restoranının həyətində həmin şəxs təkrar olaraq ünvansız küçə söyüşləri söyməyə davam etdiyini görüb, ona yaxınlaşıb onunla proflaktiki söhbətlər aparıb nizam intizama dəvət etsələrdə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Onlrda belə olduğunu görüb, fiziki güc tətbiq edərək həmin şəxsi Salyan RPŞ-nə gətirib NH-nə təhvil vermişdirlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il xi, 215 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görürülür. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 206.1ci maddəsi ilə 01 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 aprel 2025-ci il tarixdən, saat 04:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar