Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-474/2024 07.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 nümayəndəsi X6 iştirakı ilə 08 sentyabr 1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 2KHGGCW, evli, “Şirvan-Salyan Regional Təhsil İdarəsinin” müdiri, ünvan 1 ünvanında yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 02 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 900 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri X8 qərardan Biləsuvar Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 rəisi Anar Xıdırovun xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarı subyektiv ehtimal və mülahizəyə əsaslanmaqla, hər hansı mötəbər sübuta istinad edilmədən ərizəçinin dəlilləri sübut kimi qəbul edilmiş və heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmin qərar qanuna zidd olaraq əldə edilmiş sübutlara əsaslanmışdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 02 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, həmin tarixdə vəsatət verərək şikayətə qeydiyyatda olduğu və yaşadığı yer üzrə Biləsuvar Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 3(022)-359/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası X10 Xidməti Şirvan-Salyan Regional X1 barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 şikayəti aidiyyatı üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 3(022)-359/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası X10 Xidməti Şirvan-Salyan Regional X1 barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 şikayəti aidiyyatı üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 3(022)-359/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş 3(022)-359/2024 saylı iş materialları xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. İşin məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 nümayəndəsi X15 bildirmişdir ki, X13 2023-cü il tarixlərdə müxtəlif vaxtlarda respublikanın müxtəlif rayon və şəhərlərinə ezamiyyə göndərilsə də, ezamiyyə haqqı müraciət sahibinə ilin sonunda xx.xx.2023-cü il tarixdə (1040 manat vəsait) Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ödənilmişdir. Ezamiyyə xərcləri ödənilən zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il Q-1 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın İ hissəsinin 5-ci bəndinin (Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir) tələbi gözlənilməyərək, ezamiyyə xərcləri gec ödənilmişdir. Həmin Qaydaların İİ hissəsinin (Respublika ərazisi daxilində ezamiyyələr) 2-ci bəndinin 4-cü abzasının (gündəlik xərc-işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir) tələbləri gözlənilməmiş və işçinin ezamiyyə vərəqlərində müəssisəyə qayıtdığı təqvim günü üçün nəzərdə tutulmuş gündəlik xərc ödənilməmişdir. Nəticədə, il ərzində ezamiyyə xərcləri 96 manat əskik ödənilmişdir. Ona görə də, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 nümayəndəsi X15 bu barədə məhkəməyə X13 tərəfindən daxil olmuş müraciətə baxılmasına dair mülahizə təqdim etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Belə ki, iş materiallarında olan 02 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 900 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələri” şöbəsindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə ünvanlanmış məktubun ksero surətindən görünür ki, “Heydər Əliyev ili” çərçivəsində 4-12 iyun 2023-cü il tarixlərində Elmlər Akademiyasının bağında “ İİ X16 və Kitab Festivalı” təşkil ediləcəkdir. Tədbirdə türksoylu ölkələrdən tanınmış alimlər, tədqiqatçılar və qələm sahibləri iştirak edəcəklər. X14 Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir çox önəmli qurumların təşkilati dəstəyi ilə həyata keçiriləcəkdir. Şirvan şəhər 16 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla xanım Məcidova həmin festivala dəvət edilmişdir. Festival günlərində Şəhla xanım Məcidovanın özbək dilindən tərcümə etdiyi və Daşkənd şəhərindəki “FAN” (“Elm”) nəşriyyatında nəşr edilmiş “Dilaram Salahi. Şeyx Nizaminin mənəviyyat elmi” (X11 X20 Universitetinin professoru, filologiya elmləri doktorudur) adlı monoqrafiyanın da təqdimatı və imza günü nəzərdə tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş müəllimin ezamiyyətə getməsi haqqında 03 iyun 2023-cü il tarixli, 73 nömrəli əmrdən görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X13 “Heydər Əliyev” ili çərçivəsində 04-12 iyun 2023-cü il tarixlərində Elmlər Akademiyasının bağında təşkil ediləcək “ İİ X16 və Kitab Festivalı”nda iştirak və çıxış etmək üçün Bakı şəhərinə ezam edilmişdir. İş materiallarında olan təyin olunmuş məntəqələrə gəlmək və onlardan getmək haqqında qeydlərdən görünür ki, X13 04 iyun 2023-cü il tarixdə Şirvan şəhərindən Bakı şəhərinə getmiş və 12 iyun 2023-cü il tarixdə Şirvan şəhərinə qayıtmışdır. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli, 91 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, 03 iyun 2023-cü il tarixli, 73/1 nömrəli əmrə əsasən Şirvan şəhər B.Aslanov adına 16 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X13 festivalda iştirak etmək məqsədi ilə 9 gün müddətinə Bakı şəhərində yerləşən Elmlər Akademiyasına ezam edilmişdir. İş materiallarında olan Maliyyə-İqtisadiyyat sektoru tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsi işçilərinin ezamiyyə haqqının hesablanması cədvəlindən görünür ki, X13 2023-cü il tarixlərdə müxtəlif vaxtlarda respublikanın müxtəlif rayon və şəhərlərinə ezamiyyə olunmuş və ona ezamiyyə haqqı olaraq 1040 manat vəsait ödənilmişdir. İş materiallarında olan təyin olunmuş məntəqələrə gəlmək və onlardan getmək haqqında qeydlərdən görünür ki, X13 04 iyun 2023-cü il tarixdə Şirvan şəhərindən Bakı şəhərinə getmiş və 12 iyun 2023-cü il tarixdə Şirvan şəhərinə qayıtmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 3(022)-359/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası X10 Xidməti Şirvan-Salyan Regional X1 barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 şikayəti aidiyyatı üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5125 nömrəli ödəniş tapşırığının ksero surətindən görünür ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi "xxxx" ASC-yə 1040 manat pul ödəmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şirvan şəhər 16 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X13 2023-cü ildə müxtəlif vaxtlarda respublikanın müxtəlif rayon və şəhərlərinə ezamiyyə göndərilmiş, ezamiyyə haqqı ilin sonunda xx.xx.2023-cü il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ödənilmişdir. Şəhla Məcidova X10 Xidməti X3 şikayət etmişdir. X10 Xidməti X2 rəisi X17 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 900 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 900 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən X10 Xidməti X2 nümayəndəsi İman Səmədov izahatında göstərmişdir ki, X13 2023-cü ildə müxtəlif vaxtlarda respublikanın müxtəlif rayon və şəhərlərinə (8 dəfə) ezamiyyə göndərilsə də ezamiyyət haqqları gecikdirilməklə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ezamiyyət haqqları gecikdirilməklə ödənilməsi araşdırılmamış və bu hal inzibati xəta haqqında qərarda göstərilməmişdir. Bundan başqa, həmin qərardan aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X9 inzibati xəta haqqında iş üzrə 02 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı X5 iştirakı olmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X2 rəisi X17 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-474/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-474/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver