Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-476/2024 24.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə xx.xx.1985-ci il təvəllüdlü, Salyan şəhəri, Y.Xankişiyev küçəsi, ev 34-də yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs avtomaşınla inzibati xətalar törətdiyinə görə cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ 17663282 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan RPŞ-nin DYPB-si tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə DİN-nin BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 32 manatdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ağarza Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200 Salyan şəhəri, Ə.Zeynalov.91, Tel/ fax 02125 5-50-14 24 may 2024-cü il İş 3(057)-476/2024 Salyan RPŞ-nin rəisi, polis polkovniki cənab Nəzər Əsgərova Salyan şəhəri, Y.Xankişiyev küçəsi, ev 34 Şəxs Salyan Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(057)-476/2024 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma qərar 2 vərəqədə Hakim Ağarza Səmədov İş № 3(057)-476/2024 Salyan Rayon Məhkəməsi MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, 24 may 2024-cü il tarixdə Salyan şəhərində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Salyan RPŞ- -dən daxil olmuş inzibati xəta haqqında materiala saat 09:00-da baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən tərəflərin məhkəmə iclasına gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğluna söz verir. Məhkəmə iclasının katibi Asif Zamanov məruzə edərək bildirir ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta törədən şəxs Şəxs və Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Sədrlik edən Şəxs və Salyan RPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı yerində qısa müşavirə edərək qərara alır : İnzibati işə Şəxs və Salyan RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən və məhkəmə iclas katibi elan olunur: Sədrlik edən Səmədov Ağarza Hacırza oğlu, məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğludur. Sədrlik edən inzibati xəta haqqında işin materiallarını elan edir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir. Məhkəmə iclası saat 09:05-də bağlı elan olunur. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200, Salyan şəhəri, Ə.Zeynalov 91 (tel: ***-***-**-**, faks: ***-***-**-**) İş № 3(057)-476/2024 03 iyun 2024-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Şirvan RİQ və TB şöbəsinə Salyan rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 3(057)-476/2024 saylı qərarı icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə cavab verilməsini xahiş edirəm. Qoşma: qərar 01 vərəqə Hörmətlə, Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-476/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-476/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver