Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-476/2025 28.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X2 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələrinə əsasən inzibati tənbeh vermə haqqında EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsi tərəfindən tərtib edilmiş X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsi tərəfindən X14 İXM-in 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X14 məhkəməyə şikayət verərək EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin xitam olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, yaranmış anlaşılmazlıq və çətin vəziyyət barədə məhkəməyə rəsmi şəkildə müraciət edərək bildirmişdir ki, o, (AA1139057) Azərbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsi şəhidi X6 həyat yoldaşı, şəhid ailəsidir. X3 atası X9 xx.xx.2025-ci il tarixdə vəfat etməsi ilə bağlı şəhidin anası, mərhumun həyat yoldaşı X7 Abşeron rayonundan Salyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **-FP- *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobili ilə yola çıxmışdır. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baş vermiş hadisənin şəhid ailəsi üçün ağırlığını və onlara hüzür yerinə tələsdiklərini izah etmişdir. Polis əməkdaşlarına Salyan rayonuna təcili çatmağı üçün, yolu sürətli sürəcəyini demiş və onlar avtomobilinin qeydiyyat nömrəsini götürərək “Siz gedin biz tapşırarıq” demişlər. Həmin vaxtı onda arxeyinlik yarandı və həqiqətən sürətli şəkildə Salyan rayonuna çatmaq üçün avtomobili sürmüşdür. Hətda yolda qaynanası, şəhid anası X10 böyük sarsıntı keçirdiyi üçün ondan tez sürməyini xahiş etmişdir. Onun qeyd etdiklərini hamısı sübuta yetirilə bilər. Hüzür yerinə çatıb başları dəfn və yas mərasiminə qarışdığı üçün növbəti günü telefonuna baxan zaman ona çoxlu sayda cərimə gəldiyini və sürücülük hüququna məhdudiyyət qoyulmasını görüb DİN-nə müraciət etmişdir. DİN tərəfindən bir xeyli araşdırma aparıldıqdan sonra ona qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təxminən 3550 manat olan cərimənin ödənilməsi tək ana üçün çox çətindir xahiş edir ki, ona kömək edilsin. Odur ki, onun tərəfindən qeydə alınmış qayda pozuntusunun ailə üzvünün vəfat etməsi ilə bağlı törədilməsini nəzərə alaraq həmin cərimə barədə qəbul edilmiş qərar və protokolların ləğv edilməsini, həmçinin sürücülük hüququna qoyulmuş mehdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini şəhid ailəsi adından xahiş edir. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tululmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs . inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, onun üzərinə yazılan elektron qərar ləğv etməli və İXM-in 328.2 və 332.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmaga hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü ks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, AR DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş X8 adına yazılan xx.xx.2025-ci il tarixli, EQ 26383553 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və İXM-in 328.2 və 332.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X14 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Chevrolet cruze minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Azərbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsində şəhidi X6 həyat yoldaşı, şəhid ailəsidir. X3 atası X1 pisləşməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə şəhid anası, X7 Abşeron rayonundan Salyan rayonuna aparmaq məqsədi ilə **-FP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobili ilə yola çıxmışdır. Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Ekologiya Postu” adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baş vermiş hadisənin şəhid ailəsi üçün ağırlığını və tələsdiklərini izah etmişdir. Polis əməkdaşlarına Salyan rayonuna təcili çatmağı üçün, yolu sürətli sürəcəyini demiş və onlar avtomobilin qeydiyyat nömrəsini götürərək “Siz gedin biz tapşırarıq” demişlər. Polis əməkdaşlarının vədlərinə inanaraq avtomobili sürətli şəkildə sürərək Salyan rayonuna getmiş, həmin günü qaynatası vəfat etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri Mərkəzi xəstəxanasında tibb bacısı vəzifəsində işləyir, maddi imkanı yoxdur ki, inzibat cəriməni ödəsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X14 xx.xx.2025-ci il tarixdə “Chevrolet cruze minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş 006038 saylı vəsiqədən görünür ki, X12 şəhid ailəsi üzvüdür. Şikayətə əlavə edilmiş Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X5 ksero surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr nəticəsində döyüş meydanında ölmüşdür. Şikayətə əlavə edilmiş Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X5 ksero surətindən görünür ki, X15 xx.xx.2025-ci il tarixdə Salyan şəhərində ölmüşdür. İnzibati xəta haqqında işin istinad olunan xüsusatlarından göründüyü kimi X14 xx.xx.2025-ci il tarixində, saat 09.50-də Ələt-Astara yolunun 29-cu km., “Chevrolet Cruze minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilən hərəkət sürətini 21-40 km/saat həddində aşmasına səbəb, qaynatası, şəhid atası X1 pisləşməsi ilə bağlı şəhid anası (arvadı) X7 Bakı şəhərindən Salyan rayonuna aparması, bu zaman polis əməkdaşları tərəfindən sürücüyə sürət həddini aşması ilə bağlı köməklik göstərilməsi ilə bağlı vəd verilməsi səbəbindən sürət həddini aşmış, sürət həddini aşarkən bunu təqsirli şəkildə etməmiş, sürət həddini aşarkən hər hansı qəza şəraiti yaratmamışdır. İnzibati xəta haqqında iş üzrə materiallardan göründüyü kimi, mübahisələndirilən inzibati qərar üzrə barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilmiş X8 əməlində İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş əməlin zahiri əlamətləri mövcud olsa da, sonuncu bu əməli son zərurət vəziyyətində, yəni ailə üzvünün vəfat edə biləcəyi ilə bağlı aldığı xəbərlə əlaqədar olduğundan həmin əməl inzibati xəta hesab olunmamalı və şəxs barəsində heç bir inzibati tənbeh tədbiri seçilməməlidir. İşə əlavə edilmiş AZEMİS vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, şikayət verən Nailə Orucovanın xx.xx.2014-cü il təvəllüdlü övladı Ümid Quluzadənin atası Kamran Quliyevdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-in 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 328.2-ci maddəsinin tələbinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. İXM-in 332.3-cü maddəsinin tələbinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. İXM-in 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Şərh olunanlara əsasən və İXM-in 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X14 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ seriyalı 26383553 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-476/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-476/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver