Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-478/2023 20.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Şikayət vermiş şəxs - X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, 01 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovun tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə razı olmadığınagörə həmin qərardan şikayət vermək qərarına gəlmişdir. Barəsində qəbul edilmiş qərarda onun Çuxanlı kəndi ərazisində Salyan şəhəri, T.Davudzadə küşəsi 79 ünvanında 1 ədad kolun boğaz hissəsindən kəsməyi barədə heç bir sübutun olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab etdiyini, heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsini qanunsuz sayaraq barəsində qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 məhkəmənin qeyd olunan qərarından şikayət etmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmamış, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. X6 məhkəmənin qeyd olunan qərarından şikayət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X3 şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 3(057)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Salyan Rayon Məhkəməsinin 3(057)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov məhkəmənin qeyd olunan qərarından şikayət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 3(057)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs izahat verərək göstərmişdir ki, polis şöbəsinə dəvət edilmiş və orada kolu kəsmədiyini bildirmiş, polis onun danışıqları əsasında izahat yazmış, o, isə izahatı oxumadan imzalamışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttişi X5 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş qərarın yoxlanılması üçün göstərilən ünvana yerində baxış keçirilərək şəkillərdə göstərilən kolun kəsildiyi müəyyən olunaraq aktlaşdırılmışdır. X4 80 manat təbiətə ziyan vurduğuna, 2000 manat isə barəsində inzibati matreal tərtib edilmişdir. Cərimə və təbiətə dəymiş zərərin ödənilməsi ilə bağlı şikayətçiyə xəbərdarlıq edilmişdir. Qərar qəbul edilərkən “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarını rəhbər tutulub. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsi üçün ətraflı araşdırılma aparmış, işin obyektiv və hərtərəfli araşdırılması üçün hadisə ilə bağlı müvafiq “rədd materialı” və kəsilmiş kol budağının yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə kimə məxsus olması ilə bağlı aidiyyəti dövlət orqanlarına və ya bələdiyyəyə sorğu edilmişdir. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2-37913/23 saylı məktubu ilə hadisə ilə bağlı müvafiq “rədd materialı” məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-3867/2023 saylı məktubu ilə sorğumuza cavab olaraq bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmiş və GPS aləti vasitəsilə döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırma zamanı qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yol ərazisi kimi qeyd olunduğu müəyyən olunmuşdur. Məhkəmə X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar ilə toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati tənbeh tədbiri görülməsi üçün material üzrə qəbul edilmiş qərarın Şirvan şəhərində yerləşən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X3 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Salyan Rayon Məhkəməsinin 6(057)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamışdır. Beləlikə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla müəyyən edilir ki, X2 rayonunun, Salyan şəhəri, T.Davudzadə küçəsi 79 ünvanında 1 ədəd kolun kök boğaz hissəsindən kəsilərək məhv etməsi faktı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Kolların qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş maddi ziyan hesablanaraq cəmi 80 manat olduğu müəyyən edilmişdir. X3 barəsində İnzibati xəta haqqında protokol əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. X1 tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərar apellyasiya qaydasında mübahisələndirilmədiyindən qüvvədədir. X6 şikayətində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar hazırki məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. X3 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar isə onun barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X6 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-478/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-478/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver