Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-482/2025 22.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixində Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, İİ Varlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 21 aprel 2025-ci il tarixli, MN 1954478/181 saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 21 aprel 2025-ci il tarixli, MN 1954478/181 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin “102” xidməti zəng mərkəzinə zəng edərək əməkdaşlara təhqiredici ifadələr işlətmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzinə sərxoş vəziyyətdə 11 dəfə zəng edərək əməkdaşlara təhqiredici ifadələr işlətmişdir. Odur ki, onun barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saat 21:42 radələrində o, sərxoş vəziyyətdə olarkən DİN-nin “102” xidməti - zəng mərkəzinə zəng etmiş, xidmətdə olan əməkdaşların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sərxoş olduğundan hərəkətlərinə nəzarət edə bilmədiyini, bu cür davranışın dövlət qurumu və onun əməkdaşlarına qarşı hörmətsizlik olduğunu dərk edə bilmədiyini qeyd etmişdir. Törətdiyi əməldən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini, hüquq-mühafizə orqanlarına hörmətlə yanaşdığını bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 21 aprel 2025-ci il tarixli, MN 1954478/181 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng edərək əməkdaşlara təhqiredici ifadələr işlətmişdir. 21 aprel 2025-ci il tarixli, AZA 021492 nömrəli “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. 22 aprel 2025-ci il tarixli MN ******* saylı Salyan RPŞ-nin qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. xx.xx.2025-ci il tarixdə Salyan rayon Polis Şöbəsində Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə axşam saat 21:42 radələrində o, DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng edərək xidmətdə olan əməkdaşların ünvanına nalayiq ifadələr işlədərək, onları təhqir etmişdir. Etdiyi əməldən peşmandır. DİN-nin X2 Xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəliyevin xx.xx.2025-ci il tarixli 3-13-3/2-6913/2025 saylı raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:42-də Salyan rayonu İİ Varlı kəndində yaşayan Şəxs ***-***-**-** nömrəsindən zəng edib, anlaşılmaz danışıq aparıb, təhqiredici ifadələr işlətmişdir.Müvafiq göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin 3-13-4/2-3403/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:42-də, Salyan rayonu İİ Varlı kəndində yaşayan Şəxs ***-***-**-** nömrəli mobil telefondan DİN-nin “102” xidmət-zəng mərkəzinə zəng edərək, anlaşılmaz danışıq aparıb, təhqiredici ifadələr işlətməsi ilə bağlı X2 Xidmətindən daxil olmuş və rəhbərlik tərəfindən nəzarətə götürülmüş raport araşdırılmışdır. Qeyd olunan xüsusatlar üzrə araşdırma aparıb nəticəsi barədə BCAİ-yə məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd “CD” diskdə olan səs yazısından görünür ki, Şəxs DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng edərək xidmətdə olan əməkdaşların ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng edərək xidmətdə olan əməkdaşların ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 aprel 2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-482/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-482/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver