Məhkəmə qərarları › İş №3(057)-483/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-483/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-483/2025 23.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materialları tərəfimdən araşdırılaraq müəyyən edildi ki, X3 daha əvvəl də, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə eyni ərizə ilə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 3(057)-422/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.. Həmin qərardad onunla əsaslandırılmışdır ki, X3 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana vəsatətlə müraciət etməmişdir. Buna baxmayaraq, X3 məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa olunmasını və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, qanunverici İXM-nin 130.2-ci maddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini qərarı qəbul etmiş hər bir subyektin özünə aid etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özü tərəfindən həll edilməli idi. İş materiallarından göründüyü kimi, X3 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana deyil, məhkəməyə vəsatətlə müraciət etmişdir. Bu səbəbdən də hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, X2 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar