Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-485/2025 29.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 22 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 22 aprel 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 4500 manat dəyərində əmlakı və 132 manat dövlət rüsumunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, protokol onun iştirakı ilə tərtib olunmuşdur. Hazırda Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələb olunan məbləği tam olaraq tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Tələbkarın ondan həmin icra vərəqi üzrə heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkili X7 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələb olunan məbləği tam olaraq tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Tələbkar bu barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək, Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, onun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs hazırda tələb olunan puldan 1000 manat ona vermişdir. Qalan borcunu ödəmək üçün borclunun ona təqdim etdiyi bir dəst qızıl boyunbağı, bir cüt sırğa və üzüyün dəyərləndirdikdən sonra, əgər onun dəyərinin tələb olunan qalan borcu bağlayarsa öz tələbindən imtina edəcəkdir. Ona görə də məhkəmədən qızıl dəstinin qiymətləndirməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 4500 manat borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş onun icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, inzibati məsuliyyətdən azad olunmalıdır. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixliicra vərəqəsinin surətindən görünür ki, 4500 manat dəyərində qızıl-zinət əşyaları və ya qətnamənin icra olunan qeyd edilən əmlakların olmadığı təqdirdə isə onların dəyəri cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və çdənilmiş dövlət rüsumu əvəzində 132 manat pul vəsaitinin cavabdehlər Şəxs Rəhim oğlu və X1 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərarar alınmışdır. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş Şəxs Rahin oğlu tərəfindən imza edilməklə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizənin ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqi üzrə tələb olunan pul Şəxs tərəfindən tam olaraq ödənilmişdir. Onun İlkindən heç bir tələbi və ya şikayəti yoxdur. Ona görə də 2(057)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, inzibati xətanı törətmiş borclu Şəxs iş üzrə məhkəmə qərar qəbul edənədək Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb olunan pulu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam olaraq ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bununla bağlı Salyan rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək həmin sənədi üzrə tələb olunan pul Şəxs tərəfindən tam olaraq ödənildiyi üçün Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini tam icra etdiyini nəzərə alaraq İXM-nin 528ci maddəsinin qeydinə istinadən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, inzibati məsuliyyətdən azad edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs icra sənədini icra etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, inzibati məsuliyyətdən azad olunsun. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-485/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-485/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver