Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-487/2024 24.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1983-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Salyan rayonu Marışlı kənd tam orta məktəbində biologiya müəllimi işləyən, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN seryalı 1988151/539 nömrəli, 10 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2024cü il tarixdə məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18-də Ələt-Astara yolunun 140-cı kilometrliyində Avtomobil X1 məxsus setkanı qəsdən məhv edərək 49 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, protokol tərtib olunan zaman orada olmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan şikayət etməmişdir. Salyan rayon Marışlı kənd tam orta məktəbində biologiya müəllimi işləyir. Pay torpağında əkinçilik ilə məşğul olur. Aprel ayında “Niva” markalı avtomaşını ilə həmişə istifadə etdiyi yolla hərəkət edərkən görmüşdür ki, metal torlarda sonradan yaradılmış qapının qarşısı ekskavatorla qazılmışdır. Özünə məxsus torpaq sahəsinə hansı yolla getmək barədə düşünərkən “Niva” markalı ağ rəngli avtomobil yolda saxlayaraq ona müraciətən “rədd ol burdan” deyərək səslənmişdir. O həmin şəxsdən kim olduğunu soruşduqda, özünü təqdim etmədən polis əməkdaşı olduğunu bildirmişdir. O bu barədə “DİN 102 Zəng Xidməti”nə mobil telefonu ilə zəng vurub, operatora özünü təqdim edərkən həmin şəxs onun mobil telefonunu əlindən alaraq kənara çəkilmişdir. Bu zaman telefon yerə düşərək, sınmışdır. Həmin şəxs Post Patrul xidmətinin əməkdaşlarını çağırdığını deyərək onu orada 20 dəqiqə gözlətmişdir. Polis əməkdaşları ilə birlikdə Salyan RPŞ-nə gələn zaman avtomobildə həmin şəxslər tərəfindən döyülmüşdür. Bu barədə prokurorluq orqanlarına şikayət etmiş, hazırda şikayəti araşdırılır. Stosionar şəraitdə müalicə olunmuş, Salyan Rayon Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Metal torları kəsməmişdir və bu barədə araşdırma zamanı təhqiqatçıya da, izahatında bildirmişdir. Eyni zamanda bildirmişdir ki, müəllim olduğu üçün heç vaxt hər hansı bir qanunsuz hərəkətə yol verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seryalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan və həmin tarixli MN seryalı 1988151/539 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Həmid Səmədzadənin raportu əsasında toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Ələt-Astara magistral yolunun 140-cı kilometrliyində yolun kənarında çəkilmiş xırda gözlüklü metal torları kəsən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İctimai Təhlükəsizlik və Cinayət-Axtarış Bölmələrinə verilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 3(057)-407/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat miqdarda cərimə edilmişdir. Məhkəmə Şəxs dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs təqsirliliyini sübut edən hallar məhkəmədə müəyyən olunmamışdır. Şəxs təqsirini etiraf etməmiş, araşdırmanı aparan orqan da onun təqsirliliyi barədə işə heç bir sübut əlavə etməmişdir. Məhkəmədə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Ələt-Astara yolunun 140-cı kilometrliyində Avtomobil X1 məxsus setkanı qəsdən məhv edərək 49 manat maddi ziyan vurması ilə bağlı hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, işə əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 3(057)-407/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində Ələt-Astara magistral yolunun 140-cı km-də yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X1 məxsus olan xırda gözlüklü metal torları kəsdiyinə görə ona yaxınlaşan Salyan RPŞ-nin İTB-nin sahə polis nəfəri Həmid Səmədzadənin qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozduğu üçün Salyan RPŞ-nə aparılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməklə 25 may 2024-cü il tarixdə məhkəməyə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat miqdarda cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə törətmiş olduğu inzibati xətaya görə Salyan Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə barəsində inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-487/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-487/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver