Məhkəmə qərarları › İş №3(057)-493/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-493/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-493/2025 07.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Sumqayıt şəhəri, 18-ci MİK, ev 6, mənzil 52-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saraq qəsəbəsi, Ə.Əliyev küçəsi, ev 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində DİN-nin Baş DYPİ-nin Yol Patrul Xidməti Alayının 10-cu tağımının baş yol patrul xidməti inspektoru polis baş leytenantı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:04 radələrində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:00 radələrində “X11” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili Fəhlə qəsəbəsi - Çadırlı - Şirvan avtomobil yolunun 03-cü kilometrliyində idarə edən zaman yolayrıcını keçmə qaydalarını pozması nəticəsində qarşıda hərəkətdə olan X2 idarə etdiyi “VAZ 21074” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sona “VAZ 21074” minik markalı avtomobil idarəetmədən çıxaraq Fəhlə qəsəbəsi istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “Man” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “NAZ” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində “VAZ 21074” minik markalı avtomobilin sürücüsü Elvin Qaraxanov xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 09:00 radələrində “X11” minik markalı,**-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonuna əsgər yanına gələrkən, Fəhlə qəsəbəsi - Çadırlı - Şirvan avtomobil yolunun 03-cü kilometrliyində avtomobili idarə edən zaman yolayrıcını keçmə qaydalarını pozması nəticəsində qarşıda hərəkətdə olan X2 idarə etdiyi “VAZ 21074” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sona “Vaz 21074” minik markalı avtomobil idarəetmədən çıxaraq Fəhlə qəsəbəsi istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “MAN” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “NAZ” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəymişdir. “VAZ 21074” minik markalı avtomobilin sürücüsü Elvin Qaraxanov yüngül xəsarət almışdır. Elvin Qaraxanovun müalicə xərclərinə köməklik etmişdir. “VAZ 21074” minik markalı avtomobilə isə dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində etibarnamə ilə idarə etdiyi “VAZ 21074” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində nəqliyyat vasitəsi əzilmiş, maddi ziyan dəymiş və xəsarət almışdır. Şəxs xəstəxana xərclərinə və dərmanların alınmasına köməklik etmişdir. Şəxs şikayəti yoxdur, onun barəsində inzibati qaydada cərimə tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı və zərərəçəkmiş şəxsin izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs “X11” minik markalı,**-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İarəsinin baş müstəntiqi, polis mayoru X4 12 aprel 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində isə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh görülməsi üçün qəbul edilmiş qərarın surətinin DİN-nin Baş DYPİ-nin Yol Patrul Xidməti Alayına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İarəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Yol-nəqliyyat hadisəsi yerinin Sxemindən görünür ki, xx.xx.2025-ci il tarixdə, Fəhlə qəsəbəsi - Çadırlı - Şirvan avtomobil yolunun 03-cü klometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X11” minik markalı,**-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi yolayrıcını keçmə qaydalarını pozması nəticəsində qarşıda hərəkətdə olan “VAZ 21074” minik markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sona “VAZ 21074” minik markalı avtomobill idarəetmədən çıxaraq Fəhlə qəsəbəsi istiqamətində hərəkətdə olan “MAN” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə toqquşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 133 nömrəli ekspert rəyinin surətindən görünür ki, 1993-cü il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət: başın təpə nahiyəsinin yarası küt əşya təsirindən, qərarda göstərilmiş müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə taxta avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan etibarnamədən görünür ki, “X11” minik markalı,**-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs etibar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1987ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 18-ci MİK, ev 6, mənzil 52-də qeydiyyatdadır. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Xalac kəndində qeydiyyatdadır. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini İXM-in 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs İXM-in 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol DİN-nin Baş DYPİ-nin Yol Patrul Xidməti Alayının 10-cu tağımına göndərilməlidir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 61, 114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti DİN-nin Baş DYPİ-nin Yol Patrul Xidməti Alayının 10-cu tağımına göndərilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar