Məhkəmə qərarları › İş №3(057)-499/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-499/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-499/2024 06.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsinin hakimi X6, X7 oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X2 iştirakları ilə xx.xx.1983-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu Qaraçala Ərazi Dairəsinin Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə ********** saylı VÖEN əsasında fəaliyyət göstərən sahibkar Şəxs Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala market” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Həmin faktla bağlı X8 İdarəsinin Estetik nəzarət şöbəsinin böyük müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN №1255847 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 06 may 2024-cü il tarixli məktubla Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material 14 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala market” obyektinin ona heç bir aidiyyəti yoxdur. Həmin obyekt anası Zəhraya məxsudur və obyekti qardaşı Nəbi inşa edərək 2020-ci ildən sonra istifadəyə verib. Orada yerləşən reklamdan onun xəbəri yoxdur, o, həmin reklamı obyektə yerləşdirməyib, yəqin ki qardaşı yerləşdirib, ancaq nə vaxt yerləşdirdiyini bilmir. O, sadəcə həmin obyektin qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur və hərdən həmin obyektdə satıcı kimi kömək edir. Adına açılmış VÖEN ********** formal olmuş, o heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, 2024-cü il fevral ayının 14-də isə müraciət olunaraq VÖEN ********** dayandırılmışdır. Çünki orda işləməsi ona sərf etməmiş, qardaşı tərəfindən ona az pul verilmişdir. Ona görə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Onun həmin reklamı yerləşdirməsində heç bir günahı yoxdur, həmin obyektin ona heç bir aidiyyəti yoxdur.Yəqin ki, obyektin sənədləri var, anası və qardaşında, onlardan tələb etmək lazımdır. Protokol tərtib edən şəxsə bildirmişdir ki, onun bu obyektə heç bir aidiyyəti yoxdur,araşdırıb sahibindən soruşsun. Lakin, Sabir Novruzov ona heç bir məhəl qoymadan onun barəsində protokol tərtib etmişdir. Odur ki, onun heç bir günahı olmadığından cərimə olunmamasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 İdarəsinin Estetik nəzarət şöbəsinin Böyük müfəttişi X3 inzibati xəta haqqında protokolda göstərilənlərə və ona əlavə etdikləri sənədlərə uyğun izahat verərək izahatında göstərmişdir ki, əvvəllər Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala Market” obyekti üzərində qanunsuz reklam yerləşdirilməsi tərəflərindən müşahidə olunmuşdur. Rəsmi qaydada Şirvan 5 saylı Vergi idarəsinə müraciət edilərək məhz “Qaraçala Market” obyektinin Şəxs adına olan ********** saylı VÖEN əsasında fəaliyyət göstərdiyini dəqiqləşdirdikdən sonra ona Reklam Agentliyi ilə müvafiq müqavilə bağlanması təklif olunmuş, əks halda reklamın yığışdırılması ona bildirilmişdir. Bu barədə ona xx.xx.2024-cü il tarixdə rəsmi bildiriş göndərilmişdir Lakin, Şəxs müqavilə bağlamaqdan və reklamı yığışdırmaqdan imtina etmiş, bundan sonra onun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə MN №1255847 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin vaxt Yunis özü orada olmasına baxmayaraq protokolu imzalmaqdan imtina etmişdir. Həmin obyektin digər şəxslərə məxsus olması və obyektin mülkiyyət sənədlərinin kimə məxsus olması barədə məlumat yoxdur.Həmin obyektdə məhz sahibkar kimi Şəxs fəaliyyət göstərməsi isə məlum VÖEN-lə təsdiq olunur. Həmin VÖEN-in xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü il tarixədək dayandırılması Şəxs məsuliyyətdən azad etmir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan RRİ-nin ENŞ-nin Böyük müfəttişi Sabir Novruzovun məhkəməyə təqdim etdiyi yazılı izahatından görünür ki, X8 İdarəsinin xidməti ərazisi olan Salyan rayonunda bəzi sahibkarların müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımı həyata keçirdikləri obyektlərin hansı VÖEN-ə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) bağlı olaraq fəaliyyət göstərməsi barədə məlumatların X8 İdarəsinə verilməsi ilə əlaqadar 5 saylı Ərazi Vergilər İdarəsinə 11-3-7/2-146/2024 saylı müraciət göndərilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X8 İdarəsinə ünvanlanmış **********937300 saylı müraciətə baxılmasının nəticəsi haqqında məktubunda Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala market” obyektinin ********** saylı VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə vergi orqanında qeydiyyatda olduğu qeyd edilmişdir. X8 İdarəsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixli 11-3-7/2-304/2024 saylı Bildiriş və həmin bildirişə əlavə olaraq Estetik Nəzarət şöbəsinin Böyük müfəttişi X3 tərəfindən tərtib edilmiş “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə” 000407 saylı Akt və “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” Yazılı Göstəriş göndərilmişdir. Həmin bildirişdə Şəxs tərəfindən bildiriş məktubu, Akt və Göstəriş qəbul edildikdən sonra 5 (beş) gün müddətinə açıq məkanda qanunsuz reklam yayımı halını aradan qaldırmağı (reklamları sökmək və ya müvafiq icazə sənədi almaq) təklif edilmiş və ya yuxarıda qeyd olunanları nəzərə almayıb açıq məkanda qanunsuz reklam yayımlanması halının aradan qaldırılması ilə bağlı tərəfindən heç bir tədbir görülmədiyi halda xx.xx.2024-cü il tarixdə saat 12:00-da Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala market” obyektində Şəxs barəsində İnzibati Xəta haqqında Protokol tərtib ediləcəyi bildirilmişdir. Ona qeyd edilən vaxtda həmin ünvanda olması təklif edilmiş bununla bağlı hüquqları, eyni zamanda iştirak etməməyinin barəsində İnzibati xəta haqqında protokol tərtib edilməsinə mane olmadığı izah edilmişdir. Qeyd edilən bildiriş Şəxs tərəfindən 2024-cü il tarixdə qəbul edilsə də, Şəxs tərəfindən açıq məkanda qanunsuz reklam yayımlanması halının aradan qaldırılması ilə bağlı tərəfindən heç bir tədbir görülməmiş və xx.xx.2024-cü il tarixdə X8 İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolda və ona əlavə etdikləri sənədlərdə göstərilənlərə uyğun izahat verərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsinin Çadırlı kəndində valideynləri ilə bir evdə yaşayır, qardaşı Yunis onlarla qonşuluqda yaşayır. Salyan-Şirvan yolunun Qaraçala kəndindən keçən hissəsində yerləşən “Qaraçala Market”in yerləşdiyi 0,05 ha torpaq sahəsi onun mülkiyyətindədir və üstündə tikilən obyekti o, anası Zahidə, atası Ağaməmməd və qardaşı Yunislə birlikdə inşa etmişlər, həmin obyektdə hazırda anası Şahid1 sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əvvəllər həmin obyekti atası VÖEN əsasında işlətmiş, həmin obyektin üzərində olan reklam təxminən 4-5 il əvvəl quraşdırılmış, lakin, kim tərəfindən quraşdırılmasından xəbəri yoxdur, yəqin atası Ağaməmməd və ya anası Zahidə reklam şiti hazırlayan şəxslər vasitəsilə həmin reklamı yerləşdirmişlər. Qardaşı Yunis həmin obyektdə heç vaxt sahibkar kimi fəaliyyət göstərməmiş, yalnız anasının işçisi olmuşdur. O, da həmin obyektdə sahibkar kimi fəaliyyət göstərməmiş, adına olan VÖEN hazırda dayandırılmış, həmin obyektə vurulan reklam şitindən nə onun, nə də qardaşı Yunisin xəbəri yoxdur. Yunisin adına olan VÖEN hazırda dayandırılmışdır. Proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 000407 saylı aktdan və xx.xx.2024-cü il tarixli 048 saylı baxış aktından görünür ki, Şəxs tərəfindən Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən “Qaraçala Market” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. İş materiallarında olan X8 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli 11-3-7/2-304/2024 saylı bildirişdən görünür ki, açıq məkanda qanunsuz reklam yayımlanması halının aradan qaldırılması ilə bağlı tərəfindən heç bir tədbir görülmədiyi halda xx.xx.2024-cü il tarixdə saat 12:00-da Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala market” obyektində onun barəsində İnzibati Xəta haqqında Protokol tərtib ediləcəyi bildirilmişdir. İş materiallarında olan fiziki şəxsin uçotu haqqında şəhadətnamədən və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Şahid1 adına ********** saylı VÖEN vardır, həmin VÖEN xx.xx.2023-cü il tarixdə verilmişdir. Onun fəaliyyət istiqaməti ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı olmaqla hüquqi ünvanı Salyan rayonu Çadırlı kəndidir. Hazırda VÖEN aktivdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Şəxs adına olan ********** saylı VÖEN üzrə sahibkarlıq fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergi İdarəsinin Şəxs ünvanlanmış uçota dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, onun sahibkarlıq və vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materillarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şahid2 adına olan ********** saylı VÖEN üzrə sahibkarlıq fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materillarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şahid2 adına Salyan-Şirvan magistral yolunun 17-ci kilometrliyində Qaraçala qəsəbəsində 0,05 ha sahibkarlıq məqsədli torpaq sahəsi vardır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, 06 may 2024-cü il tarixdə X8 İdarəsi tərəfindən Salyan rayonu Qaraçala kəndində yerləşən “Qaraçala market” ticarət obyektində, açıq məkanda reklam yayımı faktı aşkarlanmış və bu barədə müvafiq baxış aktı tərtib edilmişdir. Lakin, həmin idarə tərəfindən açıq məkanda qanunsuz reklam yayımını həyata keçirmiş şəxsin məhz barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olması barədə inzibati xəta haqqında protokola hər hansı əsaslı sübut əlavə olunmamışdır. İnzibati xəta haqqında protokola əlavə olunmuş baxış aktı, fotoşəkillər və digər sənədlər qanunsuz reklam yayımı faktını təsdiq etsə də, reklam yayımının məhz Şəxs tərəfindən həyata keçirildiyini təsdiq etmək üçün yetərli deyil. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 17 aprel 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Şəxs sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü ilədək dayandırılmışdır. Bu, isə onu təsdiq edir ki, yuxarıda göstərilən ticarət obyektində qanunsuz reklam yayımı faktı aşkar olunan anda artıq Şəxs fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmurdu və ona görə də, aşkar olunmuş inzibati xəta hadisəsinin məhz Şəxs tərəfindən törədilməsi məhkəmədə əsaslı şübhə doğurur. Eyni zamanda X8 İdarəsi tərəfindən ümumiyyətlə reklam yayımı faktı aşkarlanmış ticarət obyektinin mülkiyyət və ya digər əmlak hüquqları üzrə kimə məxsus olması araşdırılmamış, həmin ticarət obyektinin Şəxs məxsus olması müəyyən edilməmiş, bununla bağlı müvafiq sənədlər inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Bundan başqa, Şəxs məhkəmə iclasında verdiyi izahatında həmin ticarət obyektinin ona heç bir aidiyyətinin olmadığını, ticarət obyektinin qarşısında yalnız taksi fəaliyyəti ilə məşğul olduğunu, ticarət obyektinin isə onun anasına məxsus olduğunu və qardaşı tərəfindən tikilərək istifadə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 da həmin obyektin anası Zahidə tərəfindən sahibkar kimi işlədildiyini, əvvəllər həmin obyektin atası Ağaməmməd tərəfindən də VÖEN əsasında işlədildiyini, həmin obyektin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu, həmin obyektin üzərində olan reklamın təxminən 4-5 il əvvəl quraşdırıldığını, lakin, kim tərəfindən quraşdırılmasından xəbəri olmadığını, yəqin atası Ağaməmməd və ya anası Zahidə tərəfindən reklam şiti hazırlayan şəxslər vasitəsilə həmin reklamın yerləşdirildirildiyin, qardaşı Yunisin həmin obyektdə heç vaxt sahibkar kimi fəaliyyət göstərmədiyini, yalnız anasının işçisi olduğunu bildirmişdir. Həmin hallar da- yəni protokol tərtib olunan xx.xx.2024-cü il tarixdə həmin obyektin hansı sahibkar tərəfindən işlədilməsi, məhz kim tərəfindən və nə vaxt həmin reklamın yerləşdirilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs iştirakı təmin olunmamış, onun izahatı alınmamış, yuxarıda göstərilən hallar barədə ondan soruşulmamışdır. Bununla da, Şəxs tərəfindən həqiqətən də, ona istinad olunan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilməmiş, bu barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr Şəxs xeyrinə həll edilməli, həmin şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması və aşkar olunmuş inzibati xəta hadisəsinin məhz həmin şəxsə aidiyyətinin olması sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar