Məhkəmə qərarları › İş №3(057)-5/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-5/2023

04.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-5/2023 04.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə, Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul oğlan, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi, ev 288-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 04 yanvar 2023-cü il tarixli MN № 1458156/01 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 yanvar 2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. Bununla əlaqədar Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasmının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən 04 yanvar 2023-cü il tarixli, MN № 1458156/01 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, «E» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Bir ilə yaxındır X2 məxsus olan «İVECO» markalı, **-ZC-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini darə edir. Həmin yük avtomobili ilə sifariş ilə yük aparır. 03 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsindən taxta götürərək Lənkəran rayonuna aparıb təhvil verməli olmuşdur. Həmin tarixdə saat 19 radələrində Qaradağ postundan keçən zaman yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermiş, o da yük avtomobilini saxlamışdır. O, avtomobildən yerə düşərkən özünə məxsus olan Samsung A13 markalı mobil telefonunu video reliminə qoyaraq əynində olan gödəkçənin sol qabaq cibinə qoymuşdur. Həmin vaxt məqsədi video çəkiliş aparmaq olmuşdur. Adını bilmədiyi yol patrul xidməti əməkdaşı sənədləri yoxladıqdan sonra hərəkəti davam etdirməyi bildirmişdir. O da yük avtomobilinə əyləşərək hərəkəti davam etdirmişdir. Həmin tarixdə saat 20 radələrində Salyan postundan keçən zaman yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermiş, o da yük avtomobilini saxlamışdır. Avtomobildən yerə düşərkən özünə məxsus olan Samsung A13 markalı mobil telefonunu video rejiminə qoyaraq əyinində olan gödəkcəsinin sol qabaq cibinə qoymuşdur. Həmin vaxt video çə\kliş aparmışdır. Adını bilmədiyi yol patrul xidməti əməkdaşı sənədləri yoxlayan zaman video çəkliş apardığını görmüşdür. Yol patrul xidməti əməkdaşı ondan nə üçün çəkiliş apardığını soruşmuşdur. O isə çəkiliş aparmadığını mobil telefonununun cibində basılı qaldığını demişdir. Yol patrul xidməti əməkdaşı onu Salyan RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişdir. 28 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonunda olan zaman Vüqar adlı şəxs bayram olduğu üçün ona pay verdiyi narkotik vasitəni qurudulmuş marixuananı çəkmək üçün vermiş və ondan bir dəfə istifadə etmişdir. Polis əməkdaşları onu polisə videoçəkiliş apardığı üçün gətirmişlər. Narkotik maddədən həmin günü istifadə etməmişdir.Tibbi müayinə aparılmamış və onun narkotik maddədən istifadə etməsi halı sübut olunmamışdır. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasmının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 04 yanvar 2023-cü il tarixli, 02 nömrəli ekspert rəyinə əsasən, Şəxs psixi və fiziki asıllıq olmadan narkotik vasitə istifadə halının olduğu, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Sədrlik edən Şəxs dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 206-cı maddəsinin tərkibi yoxdur.Belə ki, onun narkotik maddələr istehlak etməsi halı təsdiq olunmamış və bu barədə sənədlərə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və Şəxs tərəfindən törədilməsi qeyd olunan inzibati xəta hadisəsində inzibati xəta tərkibi mövcud olmadığını əsas tutaraq hesab edirəm ki, Amil Sadıqov barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar