Məhkəmə qərarları › İş №3(057)-500/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-500/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-500/2024 15.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 15 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 15 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-755/2020 saylı icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 1257 manat banka olan borcunu Zərərçəkmiş şəxs ASC-yə ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, icra vərəqinə əsasən 1925 manat banka pul ödəməlidir. Həmin puldan hissə-hissə ümumilikdə 827 manat ödəmişdir. 1257 manat ödənilməmiş borcu qalmışdır. İşsiz olduğundan və himayəsində iki az yaşlı uşağı olduğundan borcunu tam qaydada ödəyə bilməmişdir. Üç aydır ki, tələbkarın hesabına hər ay 50 manat pul ödəyir. Ona icra şöbəsi tərəfindən çağırış olmamışdır. Bu ilin fevral ayında icra məmuru telefonuna zəng edərək onu şöbəyə çağırmışdır. Həmin vaxt çağırışa gələrək, borcundan 50 manat pul tələbkarın hesabına ödəmişdir. Axtarışda olması barədə məlumatı olmamışdır. Bu gün polis tərəfindən icra şəbəsinə gətirilmişdir. Hər ay 50 manat borcundan tələbkarın hesabına pul ödəyir. İmkanı olmadığı üçün borcundan gələcəkdə hər ay 50 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Şəxs icra sənədi üzrə borcunu tam qaydada ödəməyərək, ümumilikdə ödənilməmiş 1257 manat borclu qalmışdır. Zərərçəkmiş şəxs şikayətçidir, borclu tərəfindən hər ay 50 manat ödənilməsi ilə razılaşmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayət etmişlər. Buna görə də, borclunun barəsində axtarış elan edilmişdir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnamənin icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını tələb olunan məbləğin kifayət qədər böyük olmamasını nəzərə alaraq, belə hesab edir ki, Şəxs inzibati qaydada cərtimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar