Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-500/2025 02.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3 və 327.7-ci maddələrinə əsasən inzibati tənbeh vermə haqqında EQ seriyalı 26383167 saylı, xx.xx.2025-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328.3 və 327.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ seriyalı 26383167 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən X13 İXM-in 328.3 və 327.7-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X13 qərardan məhkəməyə şikayət verərək EQ seriyalı 26383167 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin xitam olunmasını xahiş etmişdir. Bununla yanaşı, o, ötürülmüş prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsində X3 həyat yoldaşı və şəhid ailəsidir. X3 atası X9 xx.xx.2025-ci tarixdə vəfat etməsi ilə bağlı şəhidin anası, mərhumun həyat yoldaşı X7 Abşeron rayonundan Salyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **-FP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobili ilə yola çıxmışdır. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baş vermis hadisənin şəhid ailəsi üçün ağırlığını və onlara hüzür yerinə tələsdiyini izah etmişdir. Həmçinin onlara Salyan rayonuna təcili çatmağı üçün yolu sürətli sürəcəyini demiş və onlar avtomobilin qeydiyyat nömrəsini götürərək getmələrini və tapşıracaqlarını demişlər.Həmin vaxtı arxeyinlik yaranmış və həqiqətən surətli şəkildə Səlyan rayonuna çatmaq üçün avtomobili sürmüşdür. Hətda yolda qaynanası şəhid anası X10 böyük sarsıntı keçirdiyi üçün ondan tez sürməyini xahiş etmişdir. Bu qeyd etdikləri hamısı sübuta yetirilə bilər. Hüzür yerinə çatıb başları dəfn və yas mərasiminə qarışdığı üçün növbəti günü telefonuna baxan zaman ona çoxlu sayda cərimə gəldiyini və sürücülük hüququna məhdudiyyət qoyulmasını görüb DİN-nə müraciət etmişdir. DN tərəfindən bir xeyli araşdırma aparıldıqdan sonra on qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təxminən 3550 manat olan cərimənin ödənməsi tək ana üçün çox çətin olduğunu bildirərək, qeydə alınmış qayda pozuntusunun ailə üzvünün vəfat etməsi ilə bağlı törədilməsini nəzərə alaraq, həmin cərimə barədə qəbul edilmiş qərar və protokolların ləğv edilməsini həmçinin sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X13 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ seriyalı 26383167 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ seriyalı 26383167 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X13 xx.xx.2025-ci il tarixdə “Chevrolet Cruze” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X5 ksero surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr nəticəsində döyüş meydanında ölmüşdür. Şikayətə əlavə edilmiş Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X5 ksero surətindən görünür ki, X15 xx.xx.2025-ci il tarixdə Salyan şəhərində ölmüşdür. İnzibati xəta haqqında işin istinad olunan xüsusatlarından göründüyü kimi X13 xx.xx.2025-ci il tarixində, saat 09:46-da Ələt-Astara yolunun 20.7-ci km., “Chevrolet Cruze minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilən hərəkət sürətini 41-60 km/saat həddində aşmasına səbəb, qayınatası, şəhid atası X1 pisləşməsi ilə bağlı şəhid anası (arvadı) X7 Bakı şəhərindən Salyan rayonuna aparması, bu zaman polis əməkdaşları tərəfindən sürücüyə sürət həddini aşması ilə bağlı köməklik göstərilməsi ilə bağlı vəd verilməsi səbəbindən sürət həddini aşmış, sürət həddini aşarkən bunu təqsirli şəkildə etməmiş, sürət həddini aşarkən hər hansı qəza şəraiti yaratmamışdır. İnzibati xəta haqqında iş üzrə materiallardan göründüyü kimi, mübahisələndirilən inzibati qərar üzrə barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilmiş X8 əməlində İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş əməlin zahiri əlamətləri mövcud olsa da, sonuncu bu əməli son zərurət vəziyyətində, yəni ailə üzvünün vəfat edə biləcəyi ilə bağlı aldığı xəbərlə əlaqədar olduğundan həmin əməl inzibati xəta hesab olunmamalı və şəxs barəsində heç bir inzibati tənbeh tədbiri seçilməməlidir. İşə əlavə edilmiş AZEMİS vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, şikayət verən Nailə Orucovanın xx.xx.2014-cü il təvəllüdlü övladı Ümid Quluzadənin atası Kamran Quliyevdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-in 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 328.2-ci maddəsinin tələbinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. İXM-in 332.3-cü maddəsinin tələbinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. İXM-in 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” EQ seriyalı 26383167 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Şərh olunanlara əsasən və İXM-in 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ 26383167 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. Şikayət təmin edilsin. X13 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin polis-polkovniki X4 tərəfindən qəbul edilmiş EQ 26383167 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-500/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-500/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver