Məhkəmə qərarları › İş №3(057)-501/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-501/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-501/2024 15.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Hüseynova Nicavət Bayram qızının iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 15 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 15 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 15 may 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2300 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, protokolu müdafiə edir. Apellyasiya şikayəti borclu tərəfindən onlara təqdim edilsə də, hazırda həmin şikayət onlarda deyildir. Tələbkar borcludan aliment borcunu tələb edir. Bildirir ki, borcluda onun kimi vaxtında alimenti ödəsin. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, aliment borcunu ödəmədiyi üçün barəsində protokol tərtib edilmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, tələbkarla olan nikahından 04 uşağı var. Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə Sona və Tunar adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat alimentin ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Uşaqların ikisi onun himayəsindədir. Qaradağ Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmamışdır. Həmin qətnamədən yanlız Salyan rayon İcra və Probasiya Şöbəsində məlumatı olmuşdur. Həmin qətnamədən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Eyni zamanda göstərmişdir ki, hazırki iş üzrə tələbkar da ona hər bir uşaq üçün 130 manat, cəmi 260 manat aliment ödəyir. Qətnamədən vaxtında xəbərdar olmuş olsaydı tələbkardan 260 manat deyil 160 manat aliment alardı. Verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-62/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti ona geri qaytarılmışdır. Hazırda onun vəkili həmin qərardaddan şikayət tərtib edir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 08 sentyabr 2014-cü il təvəllüdlü X1 və 31 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay, hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş borcluya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməsi və 19 fevral 2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla cəmi yüz manat sabit pul məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs ödəməlidir. Bu gün Salyan rayon İcra və Probasiya Şöbəsində öhdəsində olan aliment borcunun Zərərçəkmiş şəxs verilməsi ondan tələb olunmuşdur. Əks halda barəsində qanunda nəzərdə tutulan tədbirlər görüləcəkdir. Öhdəsində olan aliment borcunu ödəməkdən imtina etmir, lakin onu tam qaydada ödəyə bimir. Belə ki, hazırda heç yerdə işləmir, heç bir qazanc yeri yoxdur, anası ilə yaşayır, onun pensiyası ilə dolanır. Buna baxmayaraq alimenti hissə-hissə ödəməyə söz verir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Alimentdən qərəzli boyun qaçırdığı halda cinayət məsulliyyəti daşıması haqqında xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməsi və 04 mart 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan MilliÖn elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu tərəfindən 100 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmiş, 15 may 2024-cü il tarixdə tələbkara olan borcundan 100 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar