Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-503/2024 16.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, işsiz, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 16 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 16 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1035/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs öhdəsində olan 2630 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək, icra məmurunun çağırışına məhəl qoymayaraq icra yerinə gəlməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, işsiz olduğu və maddi imkanı olmadığı üçün tələb olunan alimenti tam qaydada ödəyə bilmir. Nəticədə 2630 manat məbləğində aliment borcu yaranmışdır. Aliment borcundan 240 manat ödəmişdir. Hazırda uşaqlar beş gündür ki, onun yanında qalırlar. Analarının yanına getmək istəmirlər. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Şəxs icra sənədi üzrə tələbi tam qaydada yerinə yetirməmiş, aliment borcuna görə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-890/2023 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə növündə tənbeh olunmuşdur. Buna baxmayaraq Şəxs borcunu və hər ay ödəməli olduğu alimenti ödəməmişdir.Lakin ümumilikdə aliment borcundan 240 manat ödəniş etmişdir. Hazırda onun ödənilməmiş 2630 nanat borcu yaranmışdır. Zərərçəkmiç şəxs şikayətçidir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin qismən icra olunmasını və tələbkarların şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində iyirmi gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 may 2024-cü il tarixdən, saat 12:05-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-503/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-503/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver