Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-504/2025 29.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs oğlunun iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 28 aprel 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib olunmuş MN № 1954480/190 saylı, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 1954480/190 saylı, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, T.Davudzadə küçəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə MN № 1954480/190 saylı, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan Rayon Polis Şöbəsi tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında izahat verən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində hər hansı bir qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, birinci dəfədir ki, barəsində protokol tərtib olunur. Əməlindən peşmandır. Məhkəmə iclasında izahat verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ailə vəziyyətini nəzərə alaraq, onu bağışladığını bildirmişdir. Məhkəmənin 28 aprel 2025-ci il tarixli iclasında izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, Salyan şəhərində fəaliyyət göstərən “Nabat” kafesinin yaxınlığında avtomobilinin qəza işığını yandıraraq mağazaya daxil olmaq istəyərkən bir nəfər sürücünün dayandan səs siqnalından istifadə etdiyini görərək avtomobilinə yaxınlaşarkən, sonradan adının Fərid olduğunu bildiyi şəxs ona üzünü tutaraq “zibilini” burdan götür deyə bildirmişdir. O, Fəridə bir qədər nəzakətli olmağı bildirsə də, Fərid onun ünvanına uca səslə başqa nalayiq ifadələr işlətməyə davam etmişdir. O, məcbur qalaraq bu barədə DİNnin “102 Zəng-Xidməti”nə məlumat vermişdir. Məhkəmənin 28 aprel 2025-ci il tarixli iclasında şahid qismində izahatı alınmış Şahid bildirmişdir ki, o, Zərərçəkmiş şəxs avtomobilinin arxa oturcağında əyləşib onun mağazadan gələcəyini gözləyərkən, bir nəfər şəxsin avtomobilin səs siqnalından davamlı istifadə etdiyini görmüş, Səidə avtomobilə yaxınlaşarkən onların aralarında mübahisə düşmüş, mübahisə zamanı sonradan adının Fərid olduğunu bildiyi şəxs kobud ifadələrlə Səidəni təhqir etmişdir. O, bu zaman avtomobildən aşağı düşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən “Hədiyyələr” dükanının sahibdir. Fərid həmin dükana yaxın yaşayır. O, dükandan çöldə dayanan zaman Fərid idarə etdiyi avtomobillə gələrək siqnal vermiş, sonra ucadan Səidə xanıma avtomobili orada saxlamamasını bildirmişdir. Xanım mədəni formada avtomobilə əyləşib avyomobili sürərək oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Şəxs Səidə xanıma kobud qaydada avtomobilini çəkməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN № ******* saylı, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadından görünür ki, Şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. MN № 1954480/190 saylı, 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-504/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-504/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver