Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-508/2023 19.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, "xxxx" ASC-nin qanuni təmsilçisi X4, Azərbaycan Respublikası ƏƏSMN-nın X9 Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏƏSMN-nın X9 Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin 24 may 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması barədə vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" ASC-nin qanuni təmsilçisi X4 Azərbaycan Respublikası ƏƏSMN-nın X9 Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin 24 may 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin qanuni təmsilçisi X4 bildirmişdir ki, cəmiyyətdə işləyən X5 iyun 2022-ci ildə vəfat etdiyindən onun vərəsəsinə 3 aylıq əmək haqqı həcmində pul, hətta 24 manat da artıq verilmişdir.Lakin müfəttişlik yoxlama apararaq həmin şəxsə az vəsait verildiyini müəyyən edərək cəmiyyəti 700 manat cərimə etmişdir.Qərardan narazı olduğu üçün məhkəməyə müraciət etmiş və həmin səbəbdən qərarın ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası ƏƏSMN-nın X9 Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, müfəttişliyə daxil olmuş şikayət əsasında yoxlama aparılmış və yoxlama zamanı müəyyən olunmuşdur ki, X3 vərəsəsinə sonuncunu əmək haqqısı düzgün hesablanmamış və nəticədə əmək və vergi qanunvericiliyin tələbləri pozulmuşdur.Ona görə də haqlı olaraq "xxxx" ASC inzibati qaydada cərimə olunmuşdur.Qəbul olunmuş qərar qanuni olduğundan verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə verimiş şikayəti və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏƏSMN-nın X9 Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin 24 may 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması barədə vermiş olduğu şikayət aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı Neftçala rayonu,Qaraqaşlı kəndidir, hüquq pozuntusu da həmin yerdə baş vermişdir. Azərbaycan Respublikası İXM-nın 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsində qeyd olunmuşdur kim, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göründüyü kimi şikayət aidiyyət qaydalarına əməl olunmadan Salyan Rayon Məhkəməsinə verilmişdir.Həmin səbəbdən şikayət və əlavə olunmuş sənədlərə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-129, 134, 136- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏƏSMN-nın X9 Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin 24 may 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması barədə vermiş olduğu şikayət aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-508/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-508/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver