Məhkəmə qərarları › İş №3(057)-508/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-508/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-508/2024 17.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımının inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2003-cü ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" ASC-də mühafizəçi işləyən, subay, məhkumluğu olmayan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə surət yarışının həyata keçirilməsinə görə İXM-nin 511.1.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımının inspektoru, polis baş serjantı X2 qeyd etdi ki, “Tiktok” sosial şəbəkəsində digər vətəndaşa məxsus profildə yerləşdirdiyi videoda avtomobili təhlükəli idarə etməsi və digər yol hərəkəti iştirakçılarına təhlükə yaratdığı müşahidə olunmuşdur. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsinin tərkibi vardır. Şəxs “Hyundai” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xəta törətmişdir. Hazırda həmin nəqliyyat vasitəsi satılmışdır. Xahiş edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əlavə olaraq məhkəməyə təqdim etdiyi “CD” diskə baxış keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə qeyd etdi ki, “CD” diskdəki görüntülər montajdır. Əslində sürət həddi az olmuşdur. Əlavə olaraq bildirmişdir ki, əməlindən peşmandır. İnzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Belə ki, iş yeri var və inzibati qaydada həbs olunacağı təqdirdə işindən azad olunacaqdır. Məhkəmə prosesi zamanı barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, əməlindən peşmandır. İş yeri vardır. Gənc yaşda olduğunu nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; “CD” diskdəki video-görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs “Hyundai” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə idarə edərək aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi hallarına yol vermişdir. BD517514 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B1, B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomaşınla təxminən 05 ay bundan öncə eyni kənddə yaşadığı Sürət adlı şəxslə bir-biriləri ilə avqon etmişlər. Sürət hədləri təxminən 50-60 arası olmuş, avqon olan yerdə də, qanunu avqon işarəsi vardır. Həmin videonu Sürət adlı şəxs sosial şəbəkədə paylaşmışdır. Onun sosial şəbəkədə paylaşdığı videodan xəbəri olmamışdır. Söz verir ki, gələcəkdə bu kimi hallara yol verməyəcəkdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs “Tiktok” sosial şəbəkəsində etibarnamə ilə idarə etdiyi “Hyundai” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1-ci maddəsinə əsasən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidr. Eyni zamanda, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 43, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 17 may 2024-cü il tarixdən, saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya inzibati həbsdə saxlanıldığı yer vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar