Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-510/2024 20.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 67-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 20 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş 20 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, icra vərəqəsinə əsasən borclu Şəxs öhdəsində olan 1029.50 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, işsiz və maddi imkanı olmadığı üçün borcunu tam qaydada ödəyə bilməmişdir. Hal-hazırda qalan borcunu tam olaraq tələbkara ödəmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində olan inzibati işini icraatın xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs hal-hazırda ona qalan borcunu tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadışını bildirərək Şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolda yazılanları təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, Şəxs qalan borcunu tam olaraq, tələbkara ödəmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qaydada qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclas iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, borclu inzibati məsuliyyətdən azad olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, borclu məhkəmə qərarını qərar qəbul olunanadək icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-510/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-510/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver