Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-514/2024 23.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Salyan şəhəri, N.Nərimanov küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 23 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 23 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-606/2020 saylı icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 3175 manat borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, maddi imkanı olmadığı üçün alimenti vaxtlı-vaxtında ödəyə bilməmiş və ona görə də, 3175 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 göstərmişdir ki, Şəxs icra sənədi üzrə alimenti tam olaraq ödəməyərək, ümumilikdə ödənilməmiş 3175 manat aliment borcu qalmışdır. Zərərçəkmiş şəxs şikayətçidir, borcunu tələb edir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində səkkiz gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 may 2024-cü il tarixdən, saat 13:25-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov İş № 3(057)-514/2024 SALYAN RAYON MƏHKƏMƏSİ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR 23 may 2024-cü il Salyan rayonu Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Salyan şəhəri, N.Nərimanov küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 23 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində səkkiz gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 may 2024-cü il tarixdən, saat 13:25-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5297 Salyan şəhəri Ə.Zeynalov.91, Tel/ fax 021-2-50-14 İş № 3(057)-514/2024 xx.xx.2024-cü il Salyan rayon Polis şöbəsinin rəisi polis polkovniki cənab Nəzər Əsgərova Hörmətli Nəzər müəllim, Salyan Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın və şəxsiyyət vəsiqəsinin surəti 02 vərəqə Hörmətlə, Məhkəmənin hakimi: Ağarza Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5297 Salyan şəhəri Ə.Zeynalov.91, Tel/ fax 021-2-50-14 İş № 3(057)-383/2024 xx.xx.2024-cü il X1 Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V Y/S, ev 17, mənzil 17 Salyan Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti 01 vərəqə Hörmətlə, Məhkəmənin hakimi: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-514/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-514/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver