Məhkəmə qərarları › İş №3(057)-518/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-518/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-518/2024 27.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2005-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan şəhəri, Q.Səmədov küçəsi, ev 03-də qeydiyyatda olmaqla, yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsi ilə sürücülük hüququ olmadan idarə etdiyi babasına məxsus «MG» markalı **- VE-*** nömrə nişanlı avtomobillə qarşıda hərəkətdə olan «KİA RİO» markalı **-CC-*** nömrə nişanlı avtomobillə toqquşmuş, o da öz növbəsində qarşıda hərəkətdə olan “Vaz” markalı **-BL-*** nömrə nişanqlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış və zərərçəkmişlərin avtomobilinə maddi ziyan vurmuşdur. Qarşı tərəfə vurduğu ziyanı ödəyəcəkdir. Məhkəmədə zərərçəkmiş şəxs X4 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsilə özünə məxsus «KİA RİO» markalı **-CC-*** nömrə nişanqlı avtomobili iadarə edərkən arxa tərəfdə hərəkətdə olan «MG» markalı **-VE-*** nömrə nişanqlı nişanqlı avtomobil arxa tərəfdən onun maşını ilə toqquşmuş, oda öz növbəsində qarşıda hərəkətdə olan “Vaz” markalı **-BL-*** nömrə nişanqlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış və onun maşınınının arxa tərəfi əzilərək 1455 manat dıyərində maddi ziyan dəymişdir. Dəymiş ziyanı tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam təsdiq olunur və Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 327.1 və 332.1-ci maddələri ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan “İNAM-93” İstehsal-kommersiya kiçik müəssisəsinin xx.xx.2024-cü il tarixli, 90 saylı ziyan aktından görünür ki, «KİA RİO» markalı **-CC-*** nömrə nişanqlı avtomobilinə qəzadan sonra ümumilikdə 1455 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2005-ci ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, Q.Səmədov küçəsi, ev 03-də qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrə əsasən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli təqsirli bilinsin, barəsində beş yüz manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar