Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-519/2025 29.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu Seydan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN 2196504/192 saylı və xx.xx.2025-ci il tarixli, MN 2196503/193 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196504/192 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196503/193 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində Salyan şəhərindən keçən Ələt-Astara yolunun 58-ci km-də uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində Salyan şəhərindən keçən Ələt-Astara yolunun 58-ci km-də bilərəkdən və qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Elvin Feyzullayev raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində köhnə Ələt-Astara yolunun 58 km-də Salyan şəhəri ərazisində keçən hissəsində Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Şəhriyar Cavadovla birlikdə xidmətdə olan zaman “Mersedes C-klass” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılaraq həmin sürücüyə yaxınlaşıb ona özlərini təqdim edib, qayda pozuntusunu izah edərək, bord-kompyuter vasitəsi ilə yoxlama aparılan zaman sürücünün avtomobili etibarnamə olmadan idarə etməsinin qanun pozuntusu olması barədə hüquqi izahlar verilərək, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin ediləcəyini bildirmişlər. Bu zaman sürücü onların nəqliyyat vasitəsini duracağa yerləşdirə bilməyəcəklərini deyərək onların qanuni fəaliyyətinə mane olmağa çalışmışdır. Onlar yenidən həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, onlara məhəl qoymayaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar dəfələrlə həmin şəxsi qanunun tələblərinə riayət etməsini tələb etsələr də, həmin şəxs bilərəkdən və qəsdən onların qanuni tələblərinə tabe olmamışdır. Onlar da həmin sürücünü idarə etdiyi avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Salyan rayonu Parça Xalac kəndində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Şəxs Məmməd oğludur. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində mən yeznəsi X4 məxsus olan “Mersedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu avtovağzal ərazisində yerləşən bazara gəlmişdi. Belə ki, Ələt-Astara yolunun təxminən Salyan şəhəri ərazisindən keçən 58-ci kilometrliyində olan zaman YPX əməkdaşları ona saxla işarəsi vermişlər, o, da idarə etdiyi “Mersedes Benz” markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Ona yaxınlaşan YPX inspektoru özünü təqdim etdikdən sonra təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün barəsində inzibati protokol tərtib olunacağını bildirmişdir. Bu səbəbdən də ondan sənədlərini təqdim etməyini tələb etmişlər, bu zaman o, həmin polis əməkdaşlarına idarə etdiyi avtomobilin ona məxsus olmadığını və yeznəsi Qalib Şirinovun adına olduğunu demişdir. YPX əməkdaşı onun adını əlindəki bordkompüter vasitəsilə yoxlayan zaman ona dedi ki, avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur, bu səbəbdən də avtomobil duracağa yerləşdirilməlidir. O, da yeznəsi Qalib Şirinovun yaxınlıqda olduğunu və özünün gələcəyini deyib polis əməkdaşlarının idarə etdiyi avtomobili duracağa aparmalarına mane olmağa çalışmışdır. Bunu görən polis əməkdaşları ona qanuni tələblərinə tabe olmağı bildirirərək ondan avtomobili duracağa yerləşdirməyi tələb etdilər, lakin o, bundan imtina etmişdir. Həmin vaxtı əsəbi olduğu üçün uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin polis əməkdaşı onu nizam intizama dəvət etsə də o, əsəbi olduğu üçün onların bu tələbinə tabe olmayaraq öz əməlinə davam etmişdir. Həmin polis əməkdaşı da barəsində qanuni tədbir görüləcəyini bildirib onu avtomobillə birlikdə Salyan rayon Polis şöbəsinə gətirmişlər. Etdiyi əməlin qanun pozuntusu olduğunu, məsuliyyətini dərk ediyini bildirmişdir. Özü birinci Qarabağ müharibəsi veteranıdır. Buna görə əsəbi olmuşdur. Odur ki, bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindilimiş Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində köhnə Ələt-Astara yolunun 58 km-də Salyan şəhəri ərazisində keçən hissəsində Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Elxan Feyzullayevlə birlikdə xidmətdə olan zaman, “Mersedes C-klass” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılaraq həmin sürücüyə yaxınlaşıb ona özlərini təqdim edib, qayda pozuntusunu izah edərək, bord-kompyuter vasitəsi ilə yoxlamı aparılan zaman sürücünün avtomobili etibarnamə olmadan idarə etməsinin qanun pozuntusu olması barədə hüquqi izahlar verilərək, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin ediləcəyini bildirmişlər. Bu zaman sürücü onların nəqliyyat vasitəsini duracağa yerləşdirə bilməyəcəklərini deyərək, qanuni fəaliyyətlərinə mane olmağa çalışdı. Onlar yenidən həmin şəxsi nizamintizama dəvət etsələr də, o, onların qanuni tələblərinə məhəl qoymayaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Dəfələrlə həmin şəxsi qanunun tələblərinə riayət etməsini tələb etsələr də, həmin şəxs bilərəkdən və qəsdən onların qanuni tələblərinə tabe olmamışdır. Onlar da həmin sürücünü idarə etdiyi avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Salyan rayonu Parça-Xalac kənd sakini Şəxs Məhmməd oğlu olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindilimiş Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 da X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Elvin Feyzullayevin tərtib etdiyi raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində köhnə Ələt-Astara yolunun 58 km-də Salyan şəhəri ərazisində keçən hissəsində Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Şəhriyar Cavadovla birlikdə xidmətdə olan zaman “Mersedes C-klass” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılaraq həmin sürücüyə yaxınlaşıb ona özlərini təqdim edib, qayda pozuntusunu izah edərək, bord-kompyuter vasitəsi ilə yoxlama aparılan zaman sürücünün avtomobili etibarnamə olmadan idarə etməsinin qanun pozuntusu olması barədə hüquqi izahlar verilərək, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin ediləcəyini bildirmişlər. Bu zaman sürücü onların nəqliyyat vasitəsini duracağa yerləşdirə bilməyəcəklərini deyərək onların qanuni fəaliyyətinə mane olmağa çalışmışdır. Onlar yenidən həmin şəxsi nizamintizama dəvət etsələr də, o, onlara məhəl qoymayaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar dəfələrlə həmin şəxsi qanunun tələblərinə riayət etməsini tələb etsələr də, həmin şəxs bilərəkdən və qəsdən onların qanuni tələblərinə tabe olmamışdır. Onlar da həmin sürücünü idarə etdiyi avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Salyan rayonu Parça Xalac kəndində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Şəxs Məmməd oğludur. Odur ki, raportuna dair aidiyyəti göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, MN 2196504/192 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Salyan şəhərindən keçən Ələt-Astara yolunun 58-ci km-də uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixli, MN 2196503/193 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Salyan şəhərindən keçən Ələt- Astara yolunun 58-ci km-də bilərəkdən və qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “DVD” diskdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Salyan şəhərindən keçən Ələt-Astara yolunun 58-ci km-də uca səslə ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş vəsiqələrdən görünür ki, Şəxs müharibə veteranıdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Salyan şəhərindən keçən Ələt-Astara yolunun 58-ci km-də uca səslə ünvansız nalayiqifadələr işlədərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Orxan Abuzərov yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə təqsirli bilinməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşman olmasını, müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə (64 yaş, birinci Qarabağ müharibəsi veteranı) uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, barəsində İXMnin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-519/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-519/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver