Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-520/2025 30.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayon Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Rzayev Yaşar Ramazan oğlunun iştirakı ilə xx.xx.1998-ci ildə Salyan rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olmaqla, Salyan rayonu, Xalac kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 342.2.3, 342.7 və 511.1.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Salyan RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1-1, 342.2.3, 342.7 və 511.1.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 27 aprel 2025-ci il tarixdə idarə etdiyi “Vaz 21013” minik markalı, **-HX-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman İXM-in 339.1-1, 342.2.3, 342.7 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayon Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X2 bildirmişdir ki, kənd əhalisi Şəxs şikayətçidir. Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişansız və səs boğucusu olmadan idarə edir. Yolda toz-torpaq qaldırır. Daha sonra polis baş leytenantı X2 məhkəməyə təqdim etdiyi “Tik-Tok” sosial şəbəkəsində Şəxs tərəfindən törədilmiş inzibati xəta ilə bağlı paylaşımın olduğu görüntüyə baxılmasını təklif etsə də, Şəxs həmin görüntüyə baxılmağa zərurət olmadığını, həmin paylaşımı özünün paylaşdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yolun kənarında avtomobili “qruntavoy” (yol çiynində) fırlatmağa başlamış, sürətli hərəkət etmişdir. Axşam benzin vurmağa getmişdir. Avtomobilin görüntüsünü “Tik-Tok” sosial şəbəkəsində özü paylaşmışdır. Əməlindən peşmandır. Özünü təqsirli bilir. Bir gün əvvəl spirtli içki qəbul etmişdir. O, içki qəbul edən zaman 3 gün sərxoş olur. Birinci dəfə sürətli sürmüş, bu zaman yoldan kənara düşmüşdür. Daha sonra özü avtomobili fırlatmağa başlamışdır. Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:00 radələrində Salyan rayonu, Yenikənd kəndi ərazisində “Vaz 21011 minik” markalı, **-HX-*** nömrə nişanlı avtomaşını ilə avto xuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2025-ci il tarixdə də, “Tik-Tok” sosial şəbəkəsində Yaşar-prafum adlı səhifədə paşlaşmışdır. Peşmandır. Səhv etmişdir. Birdə belə hərəkətlərə yol vermiyəcəkdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025ci il tarixli Aktdan görünür ki, Şəxs idarə etdiyi “VAZ 21013 minik” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili YPX-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Yenikənd kəndi ərazisində “Vaz 21013 minik” markalı, **-HX-*** nömrə nişanlı avtomaşının ön dövlət qeydiyyat nişanı olmadan idarə etməklə avto xuliqanlıq hərəkətləri etmişdir. Eyni zamanda məhkəmə iclasında göstərilməklə tədqiq edilmiş 4 ədəd fotoşəkildən görünür ki, “Vaz 21013 minik” markalı, **-HX-*** nömrə nişanlı avtomobil ilə “Tik-Tok” sosial şəbəkəsində paşlaşılmış videogörüntüdəki avtomobil eynilik təşkil edir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. İXM-in 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən İXM-in 339.1-1, 342.2.3 və 342.7-ci maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-in 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində İXMnin 339.1-1, 342.2.3 və 342.7-ci maddələri nəzərdə tutulmamışdır. Bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs İXM-in 339.1-1, 342.2.3 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Beləliklə məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 aprel 2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 342.2.3 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 342.2.3 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-520/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-520/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver