Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-534/2024 05.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxx 2004-cü il tarixdə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə fərdi əməklə məşğul olan, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 69-da qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 05 iyun 2024-cü il tarixli, MN № 1988038/645 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində üzərindən 0.14 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar olaraq Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən 05 iyun 2024-cü il tarixli, MN № 1988038/645 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 protokolu müdafiə edərək bildirmişdir ki, Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X3 01 aprel 2024-cü il tarixli raportu və ona əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi barədə” qərar xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, X1 xx.xx.2024-cü il tarixli, 211 nömrəli ekspert rəyi ilə tanış olmamışdır və bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək bildirmişdir ki, narkotik vasitəni yerdən tapmışdır. Hazırda atasının köməkçisi kimi yanında işləyir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X3 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 göndərilməsi, Şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.13 qram narkotik vasitə qurudulmuş marixuananın işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan material üzrə maddi sübut kimi tanınıb saxlanması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmadığının müəyyən edilməsini təsdiq edən ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Bu isə onun barəsində İXM-nin 37-ci maddəsinin tələblərinin tətbiq edilməsinin müəyyən edilməsini mümkünsüz edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Salyan RPŞ-nə geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-534/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-534/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver