Məhkəmə qərarları › İş №3(057)-536/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-536/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-536/2025 07.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun iclas katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X2) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Salyan rayon məhkəməsinin 2(057)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru A.Beyrək tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Salyan rayon məhkəməsinin 2(057)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 9554,59 manat pulun və 97,90 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi 17 noyabr 2023-cü il tarixdə icra olunması üçün Salyan rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Salyan Rayon Məhkəməsinin 3(057)-539/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməyərək Salyan rayon məhkəməsinin 2(057)- 1020/2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli icra sənədi üzrə qalan 5952,49 manat borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Buna görə də, borclu barəsində İXM-nin 528.1- 1-ci maddəsi ilə 07 may 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edərək borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Salyan Rayon Məhkəməsinin 3(057)-539/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin məhkəmə qətnaməsi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Maddi imkanı olmadığı üçün ödəniş etməmişdir. Salyan Rayon Məhkəməsinin qərarı ilə borcunun hissə-hissə ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan sonra o, borcundan 3700 manat pul ödəmişdir. Hazırda himayəsində atası, anası, bir də həyat yoldaşının olduğunu bildirmişdir. Hal-hazırda iş yeri Sanqaçalda yerləşir. Başqa hər-hansı bir gəlirə malik olmadığından borcunu tam olaraq ödəyə bilməmişdir. Məhkəmə qərarını yalnız hissə-hissə ödəniş etməklə icra edə biləcəyini qeyd etmişdir. Borcunu ödəməkdən qəsdən boyun qaçırmadığını, Zərərçəkmiş şəxsla aralarında razılıq əldə etdiyini, borcundan ilkin olaraq 1000 manat ödəməklə, qalan borcunu hər ay 400 manat olmaqla hissə-hissə ödəyəcəyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu Şəxs hazırda borcu 5952 manat təşkil edir. Hazırda Şəxslə aralarında razılıq əldə etdiyini, Turalın borcundan ilkin olaraq 1000 manat ödəməklə, qalan borcunu hər ay 400 manat olmaqla hissə-hissə ödənilməsinə razı olduğunu və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon məhkəməsinin 2(057)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli icra sənədinə əsasən, borclu Şəxs 9554,59 manat pul və 97.90 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2023-cü il il tarixli qərarın surətindən görünür ki, Salyan rayon məhkəməsinin 2(057)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, borclu Şəxs barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 07 iyun 2024-cü il tarixli izahatından görünür ki, o, icra sənədindən xəbərdar olduğunu, lakin onun maddi imkanı olmadığı üçün borcunu tam məbləğdə ödəmədiyini qeyd etmişdir. Ödənişləri özündə əks etdirən qəbzlərdən görünür ki, Şəxs tərəfindən iyun, sentyabr və oktyabr aylarında 1200 manat, 500 manat və 2000 manat ödəniş edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-339/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Salyan rayon məhkəməsinin 2(057)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli icra vərəqəsi üzrə tutulmalı olan cəmi 9652,49 manat məbləği, 1200 manat 2024-cü ilin iyul ayında 4000 manat 2024-cü ilin avqust ayında, habelə hər ay 500 manat olmaqla borclu Şəxs tərəfindən hissə-hissə icra edilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, borclu Şəxs ölkədən getmək hüquq müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 07 may 2025-ci il tarixli izahatından görünür ki, o, icra sənədindən xəbərdar olduğunu, evində xəstə atasının olduğunu, borcundan hissə-hissə 3700 manat ödəniş etdiyini, adına hər hansı bir əmlak olmadığını, qalan borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. 06 may 2024-cü il tarixli “borclunun əmlak vəziyyətinin yoxlanılması barədə” aktan görünür ki, borclu Şəxs adına hər hansı bir əmlak aşkar edilməmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləlikdə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu tam olaraq ödəyə bilməmiş, ümumilikdə isə hər ay mütəmadi olaraq icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu hissə-hissə ödəməklə onu ödəməkdən qəsdən yayınmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə borcundan 3700 manat ödəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, bu səbəbdən işləməməsi, hər ay mütəmadi olaraq alimenti ödəməsi, işləməməsi səbəbindən borcunu tam ödəyə bilməməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar