Məhkəmə qərarları › İş №3(057)-538/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-538/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-538/2024 07.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Hacırza oğlunun sədrliyi, Hakim köməkçisi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 1-də qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 iyun 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Bens minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun avtomaşını narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Bununla əlaqədar olaraq Salyan rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirmişdir ki, 06 iyun 2024-cü ildə saat təqribən 11-12 aralarında Salyan şəhərində saxlanılmış və ondan spirtli içki və narkotik maddə qəbul edib etməməsi soruşulmuş, lakin heç bir maddə qəbul etmədiyini bildirsə belə həkimə aparılmış və həkim yoxlanışından sonra ona narkotik maddə qəbul etməsini bildirmişlər. Özü heç bir maddə qubul etməmiş və ona təqdim olunmuş protokolda qorxusundan imza edərək narkotik maddədən istifadə etməyəcəyini demişdir.Həkim onun sidiyindən nümunə götürmüş və ona bildirmişlər ki, narkotik maddədən istifadə etmişdir.Lakin ona narkotik maddədən istifadə etməsi barədə heç bir sübut təqdim olunmamış və özünün də anlamadığı üçün onlara etiraz etməmişdir. Həqiqətən də narktik maddə sidiyindən çıxmasını təsdiq edən halı ona göstərməmişlər.Özünün hərəkətlərində heç bir xəta tərkibi olmadığından ona köməklik olunmasını xahiş etdi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, ona görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 414-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Salyan Rayon Polis Şöbəsinin DYPB-si tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar