Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-538/2025 08.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində X5 protokol tərtib edilmiş şəxs Şəxs İsrayıl oğlunun iştirakları ilə xx.xx.1991-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 08 may 2025-ci il tarixli, MN № ******* saylı X5 protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 08 may 2025-ci il tarixli, MN № ******* saylı X5 protokol və ona əlavə olunmuş materiallar 08 may 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. X5 protokoldan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 2640 manat aliment borcunu tam qaydada tələbkar Zərərçəkmiş şəxs ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən barəsində X5 protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, işləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. 20 gündür ki, fərdi qaydada ev təmiri işləri ilə məşğul olmağa başlamışdır. Həmin işdən 10 günlük avans almışdır. Onu 07 may 2025-ci il tarixdə saat 21:00 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları saxlamış, axşamı Salyan RPŞ-nin əməkdaşlarına təhvil vermişlər. Məhkəmə ona borcunun bir hissəsindən bu gün ödənilməsini təklif etdikdə, o bildirmişdir ki, hazırda borcundan ödəyə bilmir. 10 gün vaxt verilərsə ödəyə bilər. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatında göstərdi ki, borclu məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin heç bir hissəsini ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Tələbkar şikayətçidir və aliment borcunun 2000 (iki min) manat hissəsini ödənilməsini tələb edir. Ona görə də borclunun barəsində axtarış elan edilmişdir. Salyan RPŞ-nə gətirilmiş və polis əməkdaşları tərəfindən İcra Şöbəsinə təhvil verilmişdir. Daha sonra barəsində X5 protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, X5 protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 08 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-165/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu - xx.xx.1991-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının ksero surətindən görünür ki, 23 may 2024-cü il tarixdən hər ay 220 manat aliment ödəməli olduğu barədə xəbəri vardır. İşsiz olduğu üçün icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra edə bilməmişdir. İcra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borcunu tam şəkildə ödəyə bilmir. Aliment borcunu hər ay hissə-hissə ödəyə bilər. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və əmanətləri yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq X5 protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu aliment borcunu ödəmir. Borclu bu günədək aliment borcundan heç bir məbləğ ödəməmişdir. Belə olan halda borclunun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində X5 iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 07 may 2025-ci il tarixdə, saat 21:00-da Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Salyan rayon PŞ-nin əməkdaşlarına təqdim edilmişdir. Ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 07 may 2025-ci il tarixdə, saat 21:00-dan hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-538/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-538/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver