Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-539/2025 08.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN 2196524/229 saylı, xx.xx.2025-ci il tarixli, MN 2196523/226 saylı və Salyan RPŞ DYPB-nin raportuna əsasən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196524/229 saylı, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196523/226 saylı və İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Salyan RPŞ DYPB-nin raportuna əsasən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində polisin qanunverici tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə saat 11:00-da “Vaz 21074” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:40 radələrində tanışı olan Muhammədəli ilə birlikdə özünə məxsus olan “VAZ 2107” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən avtomobil yuyulan yerin qarşısında saxlamışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sərxoş vəziyyətdə avtomobil idarə etməyin qanun pozuntusu olduğunu bildirmişlər. O, həmin vaxt törətdiyi əməldən qorxaraq polis əməkdaşlarından qaçıb yaşadığı ünvana getmişdir. Sonradan həmin polis əməkdaşları onun yaşadığı ünvana gələrək onun darə etdiyi avtomobil ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməlin qanun pozuntusu olduğunu bildiyini və məsuliyyəti dərk etdiyini bildirmişdir. Odur ki, bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindilimiş X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində Salyan RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı, X2 ilə birlikdə xidmətdə olan zaman Vaz 2107 markalı **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsu nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi sübhə doğurduğundan həmin avtomobili kənardan izlədikdə həmin nəqliyyat vasitəsini idarə edən şəxs maşını moykanın qarşısında saxlamış, onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdə həmin şəxs və yanında sərnişin kimi əyləşən digər şəxs heç bir əsas və səbəb olmadan onlarla mübahisə və münaqişə edərək ictimai yerdə ucadan ünvansız küçə söyüşləri söyməyə başladılar, həmin şəxsləri nizam intizama dəvət etsələr də, onlar öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Belə olduğunu görüb, avtomobili idarə edən şəxsin və yanında əyləşən sərnişinin narkotikin təsiri altında olduğu şübhəli olduğunu hiss edib onlar dərhal əlavə kömək çağırmışlar. Lakin nəqliyyat vasitəsinin sürücüsü onların qanuni tələblərinə tabe olmayaraq avtomobilin duracağa yerləşdirilməsinə etiraz edərək oradan qaçmışdır. Sonradan həmin şəxsi müəyyən edərək avtomobillə birlikdə barələrində qanuni tədbir görmək məqsədilə Salyan RPŞ-nə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da şahid X4 izahatına uyğun eyni məzmunlu izahat vermişdir Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixli, MN 2196524/229 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində polisin qanunverici tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN 2196523/226 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00-da “Vaz 21074” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli AZA 020085 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli AZA 008255 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərindən heç bir əşya aşkar edilərək götürülməmişdir. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Regional Klinika tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “TOKSİKOLOJİ TESTLER” sidikdə psixoaktiv maddələrin təyini: qeyd- Ekspress müayinə üsulu olduğundan daha spesifik qaz xromotoqrafiya/kütlə spektrometriyası(GCMS) ilə testin təsdiqlənməsi məsləhət görülmüşdür.Bəzi psxiotrop və antidepressant perparatlarının testin nəticəsinə təsir edə biləcəyi göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510, 535.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-cü maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 333- 1.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-539/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-539/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver