Məhkəmə qərarları › İş №3(057)-54/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-54/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-54/2024 06.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X3 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şikayət verən şəxs X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla faktiki olaraq, Şamaxı şəhəri 48 a məhəlləsində yaşayır. Bu yaxınlarda ona məhkəmədən məktub gəlmişdir. Orada görmüşdür ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli RETSİ-məhkəmədə ona qarşı iddia qaldırmışdır. Guya o, keçən ilin noyabrında heyvan qarasını Şirvan Milli parkının ərazisinə salmış, orada otarmış və parka ziyan vurmuşdur. İddiadan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli RETSİ barəsində inzibati qərar qəbul etmiş və onun xəbəri olmadan onu 400 manat məbləğində cərimə etmişdir. Bu barədə ona qərar göndərilməmiş və bu qərara əsaslanaraq barəsində məhkəmədə iş qaldırılmışdır. O, ərizə ilə müraciət edərək həmin qərarın surətini 04 dekabr 2023-c tarixdə almışdır. O, 3 ildir ki, mal-qarasını satıb və Şamaxıda “Qayalı” marketdə işləyir. Həmin 3 il ərzində bir dəfə də olsun Şirvan Milli Parkında olmamışdır. Onun ünvan məlumatları, şəxsiyyət vəsiqəsinin nömrəsi də yanlışdır. Köhnə şəxsiyyət vəsiqəsində olan məlumatlardır. Belə başa düşmüşdür ki, orada heyvan otaran məsuliyyətdən qaçmaq üçün onun adını vermişdir, onlar da özlərində olan məlumatlar əsasında barəsində əsassız bir qərar qəbul etmişdirlər. Məhkəmə iclasında X8 şikayətdə göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla faktiki olaraq, Şamaxı şəhəri 48 a məhəlləsində yaşayır. O, 3 ildir ki, mal-qarasını satıb və Şamaxıda “Qayalı” marketdə işləyir. Həmin 3 il ərzində bir dəfə də olsun Şirvan Milli Parkında olmamışdır. Onun cərimə olunması barədə məlum qərar qəbul edilərkən izahatı alınmamış və xəbəri olmadan onu cərimə etmişlər. Onun barəsində akt tərtib edilərkən o, orada olmamış, faktın nə vaxt aşkar olunması barədə məlumatı olmamış, bununla bağlı tərtib edilmiş akt ona tədqim edilməmiş, imzalaması təklif olunmamışdır. Protokolda onun guya protokolu imza etməkdən imtina etməsi qeydi əsassızdır. Protokolu tərtib etmiş şəxslər heç bir araşdırma aparmadan, maddi sübutu aşkar etmədən, onun izahatı alınıb bu barədə soruşulmadan, yalnız vətəndaşların fərziyyə xarakterli məlumatı əsasında onun barəsində protokol tərtib etmişlər. Odur ki, şikayətinin təmin edilməsini və 3 X9 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X10 şikayəti qəbul etməyərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin, 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsinin izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Şirvan Milli Parkının sahə müfəttişi X11 tərəfindən tərtib olunmuş 16 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X10 14 noyabr 2022-ci il tarixdə 620 (altı yüz iyirmi) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Milli Parkın ərazisinə salmışdır. Barəsində inzibati xəta haqqında iş ürzə icraat aparılan X10 izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 nömrəli Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının əməkdaşları tərəfindən tərtib olunmuş 14 noyabr 2022-ci il tarixli, 61749 nömrəli aktın surətindən görünür ki, 14 noyabr 2022-ci i tarixdə Şirvan Milli Parkının 3 saylı sahəsində keçirilən növbəti reyd zamanı qanunsuz xırda buynuzlu mal-qara otarılması faktı aşkar olunmuşdur. Faktı araşdırmaq məqsədilə Şirvan Milli Parkına daxil olan vətəndaşlarla sorğu-sual edilmiş, sorğu-sual zamanı vətəndaşlar ehtimal etmişdir ki, xırda buynuzlu mal-qaranı əraziyə otarmaq məqsədilə salan X7r. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli qərarının surətindən görünür ki, X10 14 noyabr 2022-ci il tarixdə 620 (altı yüz iyirmi) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Milli Parkın ərazisinə salmışdır. Buna görə də, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. 06 dekabr 2023-cü il tarixli, 11 nömrəli arayışdan görünür ki, X10 01 oktyabr 2022-ci il tarixdən hal-hazıra kimi X6 X13 satıcı vəzifəsində işləyir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-75-38/2-744/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X2 rayonu Quşçu kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 14 noyabr 2022-ci i tarixdə Şirvan Milli Parkının 3 saylı sahəsində keçirilən növbəti reyd zamanı qanunsuz xırda buynuzlu mal-qara otarılması faktı aşkar olunmuşdur. Faktı araşdırmaq məqsədilə Şirvan Milli Parkına daxil olan vətəndaşlarla sorğu-sual edilmiş, sorğu-sual zamanı vətəndaşlar ehtimal etmişdir ki, xırda buynuzlu mal-qaranı əraziyə otarmaq məqsədilə salan X7r. Həmin vətəndaşların məlumatına görə 14 noyabr 2022-ci il tarixdə Şirvan Milli Parkının əməkdaşları tərəfindən Əlislam Nəhmədovun iştirakı olmadan akt tərtib olunmuşdur. Lakin həmin mal-qaranın həqiqətən də məhz Əlislam Nəhmədova məxsus olması müəyyən olunmamış, həmin faktı təsdiq edən hər hansı sübut əldə olunmamış, bu barədə Əlislam Nəhmədovun izahatı alınmamış, hadisəyə münasibəti öyrənilməmiş, digər şəxslərin həmin hadisəni törədib-törətməməsi araşdırılmamışdır. Bununla da, həmin mal-qaranın Əlislam Nəhmədova aid olub-olmaması və onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 242-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi yalnız ehtimal olunmuşdur. Bundan başqa, 06 dekabr 2023-cü il tarixli, 11 nömrəli arayışdan göründüyü kimi, X10 01 oktyabr 2022-ci il tarixdən hal-hazıra kimi X6 X13 satıcı vəzifəsində işləyir. Belə olan halda isə həmin inzibati xətanın 16 noyabr 2022-ci il tarixdə Əlislam Nəhmədov tərəfindən törədilməsi barədə əsaslı şübhələr yaranır, həmin şübhələr isə qərarı qəbul etmiş orqan tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı qəbul edilərkən Əlislam Nəhmədovun həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutların olmadığı, aşkar edilmiş inzibati xəta faktının məhz Əlislam Nəhmədova aid olması barədə əsaslı şübhələrin olması, həmin şəxsin tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulması faktının heç bir sübutla təsdiq olunmadığı nəzərə alınmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Nəticədə, düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin Əlislam Nəhmədov barəsində Azərbaycan Respublikasının İXM-nin 242-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8 barəsində inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar