Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-541/2025 27.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Əhədov Cavidan Zahid oğlunun iştirakı ilə “X5 İstehsalat Kommersiya” Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında № 10000-00052/25, EP № ******* saylı, 05 may 2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə Komitənin “Şirvan” gömrük postundan “X5 İstehsalat Kommersiya” şirkətinin ünvanına 99FS880/99KZ558 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş yüklə bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi faktına dair 3-33-4100/2-000027/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla araşdırma materialı daxil olmuşdur. Əməliyyat-İstintaq Baş İdarəsindən sözügedən materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasında qeydiyyatda olan AO “Qlanit” şirkətindən Salyan rayonu, Qalalı kəndində qeydiyyatda olan hüquqi şəxs - “X5 İstehsalat Kommersiya” şirkətinin ünvanına xx.xx.2024-cü il tarixdə saat 16:36-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 99FS880/99KZ558 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal olunaraq gömrük rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat almış və orada xx.xx.2024-cü il tarixli **********0063 sorğu nömrəli gömürük bəyənnaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirirlmiş yüklərlə bağlı idxalatçı “X5 İstehsalat Kommersiya” şirkətinin adından qısa idxal bəyənnaməsi mallar gömrük ərazisinə götirilməzdən əvvəl verilmədiyi müəyyən edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən “X5 İstehsalat Kommersiya” şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə № 10000-00052/25, EP № ******* saylı, 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5 İstehsalat Kommersiya” şirkətinin nümayəndəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir və işə onun iştirakları olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5 İstehsalat Kommersiya” şirkətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 izahat verərək, bildirmişdir ki, inzibati xəta haqqında protokolu müdafiə edir. “X5 İstehsalat Kommersiya” şirkətinin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5 İstehsalat Kommersiya” şirkətinin rəhbəri X2 izahat verərək, bildirmişdir ki, onların şirkəti 1966-cı ildən fəaliyyət göstərir. Şirkət xammalı tam olaraq xaricdən idxal edir. Özü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsində inzibati araşdırmada iştirak etmişdir. Şirkət qısa idxal bəyannaməsi icra etsələr də, sistemdə yaranan nasazlıq səbəbindən ödəniş vaxtında qeydə alınmamışdır. Məhkəmə iclası təxirə salınacağı təqdirdə bu barədə sübutları məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs “X5 İstehsalat Kommersiya” şirkəti tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən hüquqi şəxs “X5 İstehsalat Kommersiya” şirkəti həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə Komitənin “Şirvan” gömrük postunun inspektoru X1 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə “X5 İstehsalat Kommersiya” şirkəti tərəfindən Rusiya Federasiyasından **********00227 nömrəli mal qeydiyyat kodu ilə 99FS880/99KZ558 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal etdiyi “rəngli şüşədən həcmi 0,451 olan butulkalar” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutlmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, “X5 İstehsalat Kommersiya” şirkəti tərəfindən Rusiya Federasiyasında yerləşən AO “Qlanit” şirkətindən mallar idxal olunmuş, lakin həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, həmin hüquqi şəxs tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 İstehsalat Kommersiya Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-541/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-541/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver