Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-542/2025 14.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, X1 və onun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 fevral 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X1 və onun vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, işdən görünür ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından məhkəməyə verdiyi şikayətlə yanaşı, eyni zamanda məhkəməyə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə müraciət etmişdir. Şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh təyin etmə haqqında qərarına analoji olaraq məhkəmə qərarı kimi yanaşaraq həmin qərardan şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunverici İXM-in 130.2-ci maddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh təyin etmə haqqında qərarlarından şikayət vermə müddətini qərarı qəbul etmiş hər bir subyektin özünə aid etmişdir. Belə olan halda hesab edirəm ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özü tərəfindən həll edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni zamanda məhkəmə X4 izah etməyi də zəruri hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi X2 inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən və İXM-in 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 və onun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 fevral 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-542/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-542/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver