Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-544/2025 30.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakları ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. 12 may 2025-ci il tarixdə X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə X5 İXM-in 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərar tamami ilə əsassızdır. Çünki özü məktəb direktorudur və məktəbib ərazisi daimi olaraq təmizlənməsi üçün Salyan rayon Mənzil İstismar Təmir Tikinti İstrhaslat Birliyi MMC ilə Şirvan-Salyan Regional Təhsil İdarəsi arasında müqavilə bağlanmışdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir. İXM-in 266.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Tərtib olunmuş 03 mart 2025-ci il tarixli, MN № ******* saylı protokola əsasən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarda qeyd olunur ki, xx.xx.2025-ci il tarixdə məktəbin tullantılarını həyətdə qazdırdığı xəndəkdə qalaqlayaraq mütamadi yandırması, ərazini çirkləndirməklə qeyd edilməklə baş vermiş inzibati xəta faktı təsdiq olunur. İlkin tərtib olunmuş akt 2 nüsxədən ibarət tərtib olunaraq, onun iştirakı ilə tərtib olunmalı baş vermiş qanun pozuntuları aktda qeyd olunmalı və onun imzası ilə təsdiqlənməlidir. Razılaşdığı halda aktda müvafiq qeydlər aparmalıdır və aktın surətini almalıdır və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəmdə inzibati xəta haqqında protokol tərtib olunarkən bundan xəbəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etməli idi. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da İXM-in 60-ci maddəsinin tələbləri kobud sürətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Bildirir ki, onun bu qərarın tərtib edilməsindən heç bir məlumatım olmayıb və qərar ona rəsmi göndərilməyib. Göründüyü kimi Aktın tərtib edilməsi, bundan sonra inzibati xəta haqqında protokolun tərtib edilməsi və qərar qəbul edilməsi barədə ona heç bir məlumat verilməmiş və buna görə də, bütün bunlara rəsmi olaraq münasibər bildirməyi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixdə ona yalnız MN ******* saylı xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar rəsmi olaraq göndərilmişdir. İnzibati material araşdırılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçüh heç bir araşdırma aparılmamış, inzibati xətanın yerində araşdırılmasında iştirak etməmiş və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da İXM-in 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən vəzifəli şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. İXM-in 541-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin protokol tərtib edilərkən mənə heç bir məlumat verilməmiş və hüquq və vəzifərərim barədə heç bir izahat verilməmişdir. Protokolun mahiyyəti mənə izah edilməmişdir. xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. Əsas məsələ ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixli 39 saylı müqavilə əsasında Salyan Rayon Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC ilə Şirvan - Salyan Regional Təhsil İdarəsi arasında məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələri üçün məişət tullantılarının yığılması (toplanması), çeşidlənməsi, daşınması və utilizasiyasına dair razılaşma olmuşdur. Vüqar İsmayılov adina Salyan rayonu Şorsulu kənd tam orta ümumitəhsil məktəbin ərazisi bu Müqavilənin obyektidir. X9 adına Salyan rayonu Şorsulu kənd tam orta ümumitəhsil məktəbi bu müqavilə olmasaydı inzibati qaydada məsuliyyət daşımalı idi. X6 adına Salyan rayonu Şorsulu kənd tam orta ümumitəhsil məktəbi bu müqavilənin 2.1-ci maddəsinə əsasən heç bir məsuliyyəti olmadığı müəyyən edilir. Müqavilənin 2.4-cü maddəsinə əsasən tullantılar bir gündən bir daşınmalıdır. Onun vəzifəli şəxs olaraq bu məsuliyyəti daşımalı deyil. Salyan Rayon Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən icra edilməyən öhdəlik üzrə o, məsuliyyət daşımalı deyildir. İXM-in 266.1ci maddəsinə əsasən məktəbin ərazisi şəhər və digər yaşayış məntəqəsi hesab edilmir və bu məktəb birbaşa müqavilənin obyektidir və bu hallara görədə məktəb direktoru vəzifəli şəxs olaraq məsuliyyət daşımır. İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanlara əsasən İXM-in 266.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-yə müvafiq olaraq 19 mart 2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayəti müdafiə edərək göstərmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən inzibati iş baxılması üçün o, 19 mart 2025-ci il tarixə dəvət olunsa da, həmin məktub poçt vasitəsi ilə ona 22 mart 2025-ci il tarixdə, yəni qeyri iş günü çatdırılmışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubu ona vaxtında verilmiş olsaydı inzibati araşdırmada iştirak edərdi. Əlavə olaraq bildirmişdir ki, Salyan Regional Təhsil Şöbəsi ilə Salyan Rayon Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC arasında məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tullantılar MMC tərəfindən daşınmalıdır. Həmin tullantılar daşınmadığı üçün məcbur qalaraq özü həmin məişət tullantılarını kisələrə yığaraq avtomobili ilə aparıb atır. Bu barədə o, dəfələrlə MMC-yə və Regional Təhsil Şöbəsinə məlumat vermişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 23 may 2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş edərək göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində, tam orta məktəbin ərazisində məktəbin direktorunun rəhbərlik etdiyi məktəbin tullantılarını həyətdə qazdırdığı xəndəkdə qalaqlayaraq mütamadi yandırılması, ərazinin çirkləndirilməsi faktı aşkar olunmuşdur. Əraziyə baxış keçirilərkən həmin fakt telefonla çəkilmişdir. Əlavə olaraq nümayəndə həmin video çəkilişi əks etdirən CD-ni məhkəməyə təqdim etmişdir. Aşkar olunmuş faktla bağlı akt tərtb olunmuş, 03 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 19 mart 2025-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə X5 İXM-in 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati araşdırma ilə bağlı X4 məktub göndərərək, idarəyə dəvət olunmuşdur. X2 idarəyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-in tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-in 266.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 19 mart 2025-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, ... zərər çəkmiş şəxs, ... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə MN № ******* saylı, 19 mart 2025-ci il tarixli qərarı X3 iştirakı olmadan qəbul edilmişdir. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş MN № ******* saylı, 19 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində İXM-in 266.1-ci maddəsi ilə qərar qəbul edilməsinə səbəb, onun xx.xx.2025-ci il tarixdə rəhbərlik etdiyi məktəbin tullantılarını həyətdə qazdırdığı xəndəkdə qalaqlayaraq mütamadi yandırması, ərazini çirklənməsinə yol verməsi olmuşdur. İXM-in 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat - məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi, tullantıların basdırılması qaydalarının pozulması halında inzibati xəta tərkibi yaranır. İşin faktiki hallarını qeyd olunan maddənin dispozisiya şərtləri ilə qarşlıqlı təhlil etdikdə aydın olur ki, X5 hər hansı tullantını basdırmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş “CD” olan video çəklişə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, Vüqar İsmayılov adına Salyan rayonu Şorsulu kənd tam orta ümumitəhsil məktəbinin ərazisində məktəbin tullantılarını yandırılması deyil, tullantıların qazılmış çuxura yığılması faktı aşkar edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, məktəbin ərazisində metal və ya plastik tutmalar mövcud deyil. Şikayətə əlavə edilmiş Salyan Rayon Mənzil Kommunal Təsərrüfat İsthsalat Birliyi ilə Şirvan - Salyan Regional Təhsil İdarəsi arasında məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələri üçün məişət tullantılarının yığılması (toplanması), çeşidlənməsi, daşınması və utilizasiyasına dair xx.xx.2025-ci il tarixli 39 nömrəli müqavilənin 2.1-ci maddəsinə əsasən İçraçının (Salyan Rayon Mənzil Kommunal Təsərrüfat İsthsalat Birliyi) öhdəliklərinə aşağıdakılar daxildir: “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1755 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları tərəfindən məktəbəqədər və umumi təhsil müəssisələri ərazilərində metal və ya plastik tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır; Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən, tullantılar bir gündən çox qalmaması, yəni hər gün daşınması təşkil edilməlidir. Məhkəmə hesab edir ki, Vüqar İsmayılov adına Salyan rayonu Şorsulu kənd tam orta ümumitəhsil məktəbinin tullantılarının daşınması Salyan Rayon Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC ilə Şirvan-Salyan Regional Təhsil İdarəsi arasında bağlanmış xx.xx.2025-ci il tarixli 39 nömrəli müqaviləyə əsasən Salyan Rayon Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən həyata keçirilməlidir. İXM-in 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, tullantıların yandırılması halı aşkar edilmiş olsaydı, vəzifəli şəxs X5 barəsində İXM-in 271-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməliydi. Belə ki, İXM-in 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-in tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə X5 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-in 266.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 19 mart 2025-ci il tarixli qərar ləğv edilərək və inzibati xəta haqqında iş yenidən baxılması üçün 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134, 135, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 19 mart 2025-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-544/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-544/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver