Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-549/2023 10.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin, böyük icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Biləsuvar rayonu, Ovçubərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 14 iyun 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin, böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 14 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 14 iyun 2023-cü il tarixldə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(057)-17/2017 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay xx.xx.2002ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İcra sənədi üzrə Şəxs cəmi 4989 manat borcu yaranmışdır. Şəxs borcu ödəməkdən imtina edir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya Şöbəsinin, böyük icra məmuru X5 göstərmişdir ki, Şəxs icra sənədi üzrə hər ay ödəməli olduğu borcunu ödəmir. O, müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınır. Dəfələrlə danışıqlar aparılmış, lakin heç bir nəticə olmamışdır. Tələbkar Zərərçəkmiş şəxs şikayətçidir. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, hazırda ailə qurmuşdur, ikinci evliliyindən bir azyaşlı uşağı var. Yığılmış borcu ödəyə bilmir. O, aliment ödədikcə tələbkar həmi pulla evinə pərdə və.s əşyalar alır. Eyni zamanda Şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs aliment borcunu hər ay 100 manat olaraq ödəyəcəyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxs ona 4000 manatdan çox aliment borcu olduğunu, alimenti ödəmədiyini, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. - Salyan Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(057)-17/2017 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə Borcluya təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-17/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə həmin günə ödənilməmiş 4984 manat aliment borcu olduğunu və aliment borcunu ödəməkdən imtina etmədiyini, maddi vəziyyətinin aşağı olduğu üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, icra olunmamasını və zərər çəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, 4989 manat aliment borcunun qaldığını, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 10 iyul 2023-cü il tarixdə, saat 17:50-dən hesablansın, inzibati həbsin sonu 20 iyul 2023-cü il, saat 17:50 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-549/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-549/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver