Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-550/2025 16.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı X2 cavabdeh Salyan RPŞ-nin X5 Bölməsi tərəfindən barəsində qəbul edilmiş EQ 24523660 nömrəli, EQ 24523664 nömrəli, EQ 24523668 nömrəli, EQ24523692 nömrəli, 05 noyabr 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarlardan verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 24523660 nömrəli, EQ 24523664 nömrəli, EQ 24523668 nömrəli, EQ24523692 nömrəli, 05 noyabr 2024-cü il tarixli inzibati protokolların qərarlarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və cərimə ödənilməsi öhdəliyinin üzərindən götürülməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi öyrənilərkən müəyyən olunmuşdur ki, X2 barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərarlardan şikayət versə də, o, şikayətini iddia ərizəsi başlığı altında vermişdir. Məhkəmə hesab edir ki, şikayətin məzmunu əsas götürülməlidir. Buna baxmayaraq hesab edirəm ki, verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bundan başqa, şikayətə mübahisələndirilən qərarlar, yəni 05 noyabr 2024-cü il tarixdə qəbul olunmuş, həmin qərarlardan şikayət vermə müddəti şikayətçi X2 tərəfindən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir. Həmçinin EQ 24523660 nömrəli, EQ 24523664 nömrəli, EQ 24523668 nömrəli, EQ24523692 nömrəli, 05 noyabr 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarlar şikayətə əlavə edilməmişdir. Məhkəmə şikayətçinin nəzərinə çatdırır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ var. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 RPŞ-nin X5 Bölməsi tərəfindən barəsində qəbul edilmiş EQ 24523660 nömrəli, EQ 24523664 nömrəli, EQ 24523668 nömrəli, EQ24523692 nömrəli, 05 noyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarlardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-550/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-550/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver