Məhkəmə qərarları › İş №3(057)-551/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-551/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-551/2025 14.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Salyan Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 14 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1684/20274 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs Zərərçəkmiş şəxs 2040 manat borcunu ödəməmişdir. Bununla belə, Salyan rayon icra və probasiya şöbəsinin rəisi Şükür Orucov xx.xx.2025-ci il tarixdə 79/03 saylı məktubla məhkəməyə müraciət edərək, tələbkar Zərərçəkmiş şəxs icra sənədinin geri qaytarılmasını xahiş etdiyi üçün həmin protokol və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə məktubu nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 14 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Salyan rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar