Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-554/2025 22.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan İqtisad Universitetinin tələbəsi, subay, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində DİN-nin Baş DYPİ-nin Yol Patrul Xidməti Alayının 10-cu tağımının baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:31 radələrində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 28 mart 2025-ci il tarixdə, saat 01:45 radələrində “Mazda 3” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 53-cü kilometrliyində Ələt qəsəbəsi istiqamətində saatda 140 km/saat surətlə hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirərək yolun sağ kənarındakı torpaq sahədə xeyli getdikdən sonra ağaclara dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomobilin sərnişinləri X2 və X5 xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, AR DİN-nin Baş İstintaq və Təhqiqat İarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X3 26 aprel 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarla tanışdır. Həmin qərardan şikayət verməmişdir. xx.xx.2025-ci il tarixdə tanıdığı uşaqlarla Salyan rayonunun ərazisində kafedə oturmuşlar. Uşaqlar yeyib içmişlər. Lakin o, spirtli içki qəbul etməmişdir. Ona görə də “Mazda 3” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobili özü sürmüşdür. 28 mart 2025-ci il tarixdə, saat 01:45 radələrində həmin avtomobili Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 53-cü kilometrliyində Ələt qəsəbəsi istiqamətində surətlə idarə edən zaman avtomobilin idarəetməsini itirərək yolun sağ kənarındakı torpaq sahədə xeyli getdikdən sonra ağaclara dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomobilin sərnişinləri X2 və X5 yüngül xəsarət almışlar. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, Azərbaycan İqtisad Universitetinin tələbəsi olduğunu, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərər çəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 aprel 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs tanışları ilə Salyan rayonu ərazisində fəaliyyət göstərən kafelərin birində oturmuşlar. Onlar birlikdə yeyib içmişlər. Lakin o, spirtli içki qəbul etməmişdir. Ona görə də o, “Mazda 3” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 28 mart 2025-ci il tarixdə, saat 01:45 radələrində həmin avtomobili Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 53-cü kilometrliyində Ələt qəsəbəsi istiqamətində idarə edən zaman avtomobilin idarəetməsini itirərək yolun sağ kənarındakı torpaq sahədə olan ağaclara dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomobilin sərnişinləri X2 və X5 yüngül xəsarət almışlar. İXM-in 327.8-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs “Mazda 3” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X3 26 aprel 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində isə Azərbaycan Respublikası İXM-nin 328.4 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh görülməsi üçün qəbul edilmiş qərarın surətinin DİN-nin Baş DYPİ-nin Yol Patrul Xidməti Alayına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Yol-nəqliyyat hadisəsi yerinin Sxemindən görünür ki, Şəxs 28 mart 2025-ci il tarixdə, saat 01:45 radələrində “Mazda 3” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 53-cü kilometrliyində Ələt qəsəbəsi istiqamətində saatda 140 km/saat surətlə hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirərək yolun sağ kənarındakı torpaq sahədə xeyli getdikdən sonra ağaclara dəyərək dayanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 183 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2005-ci il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət: başın təpə nahiyəsinin yarası küt əşya təsirindən törənmiş, qərarda göstərilmiş müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə taxta avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1987ci ildə Gəncə şəhərində anadan olmuş, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2004ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatdadır. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını İXM-in 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 61, 114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-554/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-554/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver